Keşlə sakinləri etiraza qalxdı

11.08.2014 - 12:55

“Şəhidlər xiyabanına açılan qapı bağlansın”

“Şəhidlər xiyabanına açılan qapı bağlansın”

“Sabah müharibə başlasa, qəsəbəyə şəhid gəlsə, dəfn etməyə yer
yoxdur. Çünki qəsəbədəki Şəhidlər xiyabanını da zəbt ediblər. Bura bir
ailə köçüb, evinin qapısını xiyabana açıb”. Bunu “Azadlıq” radiosunun
“Qaynar xətt”inə Keşlə sakini Lətif Mikayılov deyir.

Bakının Nizami rayonu ərazisində yerləşən Keşlə qəsəbəsinin sakinləri
bir ailənin Əfşari küçəsindəki Şəhidlər xiyabanına açdığı qapının
bağlanmasını tələb edirlər. Sakinlərin deməsinə görə, Xiyabana qapı bu
günlərdə açılıb. Onlar bunu edən ailəni məhkəməyə verəcəklərini
bildiriblər:

Qəsəbə sakini Məhərrəm Hüseyn: “Əgər bu qapı hörülməsə, biz məhkəməyə
qədər gedəcəyik. Buna rəsmi icazə verən qurumu da məhkəməyə verəcəyik”.
 Başqa sakin Eldar Həsənov: “Keşlənin hər tərəfini satıblar. Qəsəbədə
bir qarış torpaq qalmayıb. Bircə Xiyaban qalmışdı, ona da göz dikdilər.
Utansınlar, məzarlığı da satın alıb qapı açırlar. Bu qapıdan necə
çıxacaqlar? Qəbirlərin üstünə qapı açılar?”.  

Başqa sakin: “Burada ağaclar əkilmişdi, oturacaqlar vardı. Bir gecədə
hamısını yığışdırıblar, bura qapı açıblar. Bu, bizim şəhidlərimizə
hörmətsizlikdir”.  Ev sahibinin həyat yoldaşı isə razılaşmır. O bildirib
ki, əksinə, onlar bura köçəndən sonra ərazidəki zibilliyi
təmizləyiblər, abadlıq işi görüblər. Xiyabana qapının açılmasına
gəlincə, bu qapını ehtiyat qapı kimi açdıqlarını, evin əsas giriş
qapısınıvn isə başqa səmtdə olduğunu deyib.

Nizami rayon Icra hakimiyyətinin Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara
Qarakişiyev bildirib ki, ev sahibinin açdığı qapı Dövlət Reyestri
Xidməti tərəfindən verilmiş sənəddə əksini tapıb. Bu səbəbdən də icra
nümayəndəliyinin bu məsələyə qarışmaq səlahiyyəti yoxdur. Sakinlər
narazıdırsa, məhkəməyə müraciət edə bilərlər.  

Sakinlər qəsəbədə iki dəfə etiraz aksiyası keçiriblər. Onlar bu
addımın nəticəsini görmədiklərindən məhkəməyə müraciət etmək qərarına
gəliblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=10815

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31