Serbiyanın müdafiə naziri Azərbaycana gəlir
Bu gün Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiç Azərbaycana rəsmi səfərə gələcək.
“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
B.Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin
Hərbi Akademiyası və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə
tanışlığı gözlənilir.
Səfər avqustun 13-dək davam edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=10826