Səttar Mehbalıyevin Beyləqanda təhsil əməliyyatı
Azərbaycan Respublikası Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatına sədr seçilməsinin
gizlinləri və əməlləri
Azərbaycan Respublikası Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatına sədr seçilməsinin
gizlinləri və əməlləri
Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması
cəmiyyətdə həmkarlar təşkilatları ilə bağlı müzakirələrin yaranmağına səbəb
oldu. Artıq əyalətlərdə də bu təşkilata üzv olmağın xeyirdən çox zərər gətirməyi
barədə düşünənlər var. Beyləqanda yaşayan bir qrup təhsil işçisi Azərbaycan
Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon təşkilatı barədə
narazılıqlarını cumhuriyyet.az-la bölüşüblər.
Beyləqan təhsil işçiləri haqlı olaraq bildirirlər ki, Azərbaycan bəlkə də tək-tək
ölkələrdəndir ki, burada həmkarlar təşkilatları işçi hüquqlarını deyil, işəgötürənlərin
mənafeyini qoruyur. Üstəlik yardıma, sosial müdafiəyə ehtiyacı olanlara kömək
göstərməli olan bu təşkilat , faktiki olaraq üzvlərinin yardımı ilə yaşayır.
Burada “təşkilat” dedikdə onun rəhbəri nəzərdə tutulur. Həmin şəxs bu yardımdan
hətta “yuxarı”lara da “yardım” etdiyini deyir.
Müraciət müəllifləri ortaya konkret faktlar qoyublar. Onların deməsinə görə, Beyləqanda
təhsil işçiləri üçün əmək haqqı olaraq ayda milyon manatdan artıq pul ödənilir.
Bu məbləğin 2 faizi, yəni təxminən 20 min manatdan artıq pul “duru yerdən” həmkarlar
təşkilatının hesabına köçür: “Üzvlük haqları hesabına yığılan həmin vəsaitin 51
faizi baş idarəyə gedir, 49 faizi isə yerli təşkilatın ixtiyarında qalır.
Hesablama ilə yerli təşkilat ayda ən azə 10 min manat gəlir əldə edir ki, bu da
ildə 120 min manat təşkil edir. Nizamnaməyə görə bu vəsain təqribən 35-40 faizi
ehtiyacı olan təhsil işçilərinə yardım formasında verilməlidir. Qalan vəsait təddbirlərin,
bayramların təşklinə və inzibati xərclərə sərf olunur”.
Beyləqanlı təhsil işiləri hələ bir kasıb, xəstə müəllimə yardım edildiyini,
müalicəyə göndərildiyini eşitmədiklərini deyirlər. Onların sözlərinə görə, təşkilat
rəhbəri Tahir Həsənovun işi bu vəsaiti silmək üçün saxta sənədlər tərtib etməkdən
ibarətdir. 3 ilə yaxındır ki, o, təşkilatı bu qaydada idarə edir. Azərbaycan
Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatının
sədro Tahir Həsənov haqda ən maraqlı fakt isə onu sədr vəzifəsinə təşkilatın
üzvlərinin seçməməsidir. Bununla bağlı cumhuriyyet.az-ın apardığı araşdırma
zamanı məlum olub ki, T.Həsənovun ümumiyyətlə Beyləqan təhsilinə aidiyyatı
olmayıb. O uzun müddət Füzuli rayon təhsil sistemində çalışıb. Füzuli rayonunun
55 saylı məktəbin direktoru olub. Maraqlıdır ki, Beyləqan təhsil içşilərinin Həmkarlar
İttifaqının rəhbərliyinə də o birbaşa Füzuli məktəbinin direktorluğundan gəlib.
Mənbəmiz bu proses haqda da maraqlı faktlar söylədi: “T.Həsənovun Azərbaycan
Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon təşkilatına sədr gətirilməsi
birbaşa keçmiş icra başçısı İrşad Əliyevin təşəbbüsü ilə olub. O bu prosesin
sonucu olaraq T.Həsənovu rayon təhsil şöbəsinin rəhbərliyinə gətirməyi
düşünürdü. Amma vəzifədən alındığından bu istək də həyata keçmədi”.
Mənbənin cumhuriyyet.az-a
bildirdiyinə görə T.Həsənov başqa bir rayonun təhsil sistemindən birbaşa Azərbaycan
Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatının
sədri vəzifəsinə gəlməsi üçün iyirmi min manat nağd rüşvət verdiyini gizlətmir.
Əlbəttə bu iddianın nə dərəcədə doğru olduğunu deyə bilmərik. Amma kənar
rayonun təhsilindən birbaşa başqa rayonun həmkarlar ittifaqına rəhbər gətirilməsi
prosesi çox müəmmalar yaradır…
Short URL: http://www.cumhuriyyet.net/?p=10830