AŞ Baş Katibi "dərin narahatlıqlara" görə İlham Əliyevə zəng edib
Avropa Şurasının Baş katibi Thorbjorn Jagland
telefon vasitəsilə Azərbaycanda hüquq müdafiəçilərinin həbsi ilə bağlı
narahatlıqlarını bildirib, rəsmi bəyanatda deyilir.
“Bu gün səhər
saatlarında Azərbaycan prezidenti Əliyevlə telefon danışıqlarında ona
dərin narahatlıqlarımı bildirdim”, bəyanatda deyilir.
“Biz qərara
gəldik ki, Prezident Administrasiyası ilə vətəndaş cəmiyyəti arasında
2005-ci ildə qurulmuş və 2008-ci ilədək fəaliyyət göstərən birgə Komitə
yenidən təşkil ediləcək və bu Komitədə Avropa Şurasının nümayəndəsi
iştirak edəcək”.
AŞ prezidentinin bəyanatına görə, görüş “mümkün qədər tez müddətdə həyata keçiriləcək”.
İyulun
30-dan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus, QHT
rəhbəri Rəsul Cəfərov və vəkil İntiqam Əliyev həbs olunub. Bəzi
qeyri-həkumət təşkilatlarının bank hesablarına həbs qoyulub.
Bir çox beynəlxalq təşkilat həbsləri pisləyib və bunu təzyiq kimi qiymətləndirib.
Bu tənqidlərə cavab verən Azərbaycan rəsmisi isə, beynəlxalq təşkilatları ölkənin işlərinə qarışmaqda ittiham edib.
“Azərbaycan
müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri
qəbul etmir və etməyəcək”, Azərbaycan prezidentinin sözçüsü Əli Həsənov
deyib.(bbc azərbaycanca)
Short URL: http://www.cumhuriyyet.net/?p=10836