Atatürk Azəbaycanı ruslara təslim etdimi?
Hansı Türkiyə prezidenti Qarabağ ermənisi idi?
Hansı Türkiyə prezidenti Qarabağ ermənisi idi?
Onun ofisi İstanbulun ən tanınmış yerlərindən olan Üsküdar
bölgəsindəki Osmanlı Mərkəzində yerləşir. Türkiyənin ən tanınmış,
özəlliklədə cəsarətli fikirləri ilə böyük bir kəsimin rəğbətini qazanmış
, 100-lərlə kitabın müəllifi professor-doktor Kadır Mısıroğlu ilə
görüşürük. Həyatının önəmli bir hissəsini Osmanlı tarixini araşdırmaqla
keçirən bu böyük alimin iş otağı başdan-ayağa arxivdir. Çox az tapılan
kitablar, çeşidli əlyazmalar, müxtəlif sənədlərlə dolu olan otaqda
danışdıqca dediklərini sübut etmək üçün bəzən axtardığı sənədləri belə
tapmaqda çətinlik çəkir.
otağımdır, buna baxmayaraq sənədlərin çoxluğundan bəzən lazım olanları
tapmaqda çətinlik çəkirəm. 150 kvadratmetirlik evim də kitablar,
əlyazmalarla doludur. Artıq evdə belə gəzməkdə çətinlik çəkirəm.”
gəldiyimi və müsahibə almaq istədiyimi bilincə, “Qardaşım mən nə
müsahibə verim ? Bəs tamamlamadığım kitabları nə vaxt yazım ?” deyir.
Lakin təkid edincə, danışmağa başladı. Kadır Mısıroğlu müsahibəyə
sığacaq bir insan deyil. Yəni jurnalistlərin adət etdiyi kimi sən sual
verirsən, müsahibin cavab verir qaydasından uzaq bir elm adamıdır. Heç
bir sual vermədən özü başladı.
Azərbaycanı satmadı. 1920-ci ildə Azərbaycanı ruslara kim satdığını sizə
söyləyəcəm. 1966-cı ildə, Trabzonda bir toplantıdaydım. Toplantıda
iştirak edən və çıxış edən bir azərbaycanlı 1920-ci ildə rusların
Azərbaycanı işğal etməsində Osmanlı dövrünün böyük hərbçilərindən olmuş
Xəlil paşanı ittiham etdi. Bildirdi ki, “Qızıl Ordu” Azərbaycana
girən zaman türklər azərbaycanlılara kömək etməyib.
edən insanın Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin Qarabağdan
olan deputatı Məhəmməd Sadiq Aran olduğunu öyrəndim. Sonra mən çıxış
etdim. Açıqca söylədim ki, Azərbaycanın özgürlüyünü ruslara Müstafa
Kamal Atatürk təslim etdi. O, mənə etiraz etdi. Toplantıdan sonra
görüşdük və dediklərimi əsaslandıran sənədləri ona göndərəcəyimi dedim.
Bir müddətdən sonra , ona xəbər göndərsəm də, xəstəxanada olduğunu
öyrəndim. Bir qədər sonra, özüm onun arxasınca getdim və AXC dönəminin
tanınmış isimlərindən olan Məhəmməd Şərif Əfəndizadənin “Azərbaycan
İnqilabı” kitabını, bir də Mustafa Kamalın “Yeni Gün” qəzetində dərc
olunmuş bəyanatını ona təqdim etdim. Ağladı və Məhəmməd Şərif
Əfəndizadənin Cümhuriyyət Parlamentində onun kimi Qarabağdan millət
vəkili olduğunu söylədi. Bilirsinizmi, həmin kitabda və Mustafa Kamalın
bəyanatında nə vardı? Məhəmməd Şərif Əfəndizadənin kitabında Xəlil paşa
ilə söhbəti vardı. Əfəndizadə Xəlil paşadan niyə rusların Azərbaycana
hücumu zamanı Nuru paşanın rəhbərlik etdiyi ordunun müdaxilə etmədiyini
soruşur. Xəlil paşa isə onun bu işlə bir əlaqəsinin olmadığını , o
zamanlar artıq dövlətə rəhbərlik edən Müstafa Kamalın belə bir əmr
verdiyini deyir. “Yeni Gün” qəzetində isə Mustafa Kamalın Azərbaycanla
bağlı bəyanatı dərc olunmuşdu. Bəyanatda AXC hökumətinin ingilis yanlısı
olduğu və rusların Azərbaycanı ingilislərin əlindən alandan sonra,
Türkiyəyə köməyə gələcəyi bildirilir. Əsl həqiqəti görüncə, Məhəmməd
Sadiq Aran belə bir söz dedi: “Siz məni ayıltdınız. Mən də Azərbaycanı
satanları özümə dost bilirdim.””
Kamaldan sonra, hakimiyyətdə olmuş İsmət İnönünün də Azərbaycana qarşı
sərt bir mövqedə olduğunu deyən Kadır Mısıroğlu Türkiyənin ikinci
prezidenti olmuş İnönünün Qarabağ ermənisi olduğunu iddia edir:
ikinci cahan savaşı dönəmində Stalin rejimindən qaçaraq sərhədi keçən
400-dən çox azərbaycanlı aydını ruslara təslim etdi. Ruslar onları
sərhədi keçən kimi türk əsgərlərinin gözü önündəcə güllələdi. Çünki,
İnönü milliyyətcə Qarabağ ermənisi idi. Mənim əlimdə bunları sübut
edəcək çoxlu sayda sənədlər var.”
bir coğrafiya adıdır, Anadolu kimi. Azərbaycan torpaqlarının böyük bir
hissəsi İran işğalındadır. Azərbaycanın əsl paytaxtı Təbrizdir və bu
şəhər də İran işğalındadır. Bakı sonradan mərkəz olmuş. İran bu səbəbdən
də Qarabağ savaşı dönəmində də , indi də Ermənistana yardım edir. Məhz
blokadada olan Ermənistanı İran enerji və digər təzhizatlarla təmin
edib və edir. Ümumiyyətlə bu ölkə bir fitnə diyarıdır.”
prezident seçimlərindən danışan Mısıroğlu siyasətçi deyil, bir tarixçi
olduğunu, fəqət ölkəsinin bu dönəminin qürurverici olduğunu deyir.
prezident seçimlərini belə dəyərləndirərdim. Osmanlının ən son və ən
mağdur sultanı Abdulhəmidin devrilməsinə cavab olaraq Ərdoğanı prezident
seçdik. Ərdoğanın seçilməsi bir başlanğıcdır. Bunun davamı da gələcək
İnşallah. Türkiyə artıq Osmanlı dönəmindəki o şanlı günlərinə dönür.”(avropa.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=10838