Bakı metrosunda problem yarandı
ANS PRESS-in məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat
xidmətinin rəhbəri Nəsimi Paşayev bu barədə bildirib ki, bu gün saat
18:13-də Bakı Metropoliteninin “28 May” – “Həzi Aslanov” xəttində 48
saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq baş verib.
“28 May” stansiyasında sərnişinlər təhlükəsizlik qaydalarına riayət etməklə qatardan boşaldılıb.
Qatar baxış üçün depoya göndərilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10843