Sarkisyan kimi qorxudur?

12.08.2014 - 22:50

Rusiyada prezident Serj Sarkisyanın bəyanatı ciddi qarşılanmır
Sarkisyanın bəyanatları Soçi danışıqlarına vasitəçilik edən Rusiyada da
maraqla izlənilir. Moskvada Ermənistan prezidentini ciddi qarşılamırlar.
Ermənistan prezidenti Serj
Sarkisyanın Azərbaycanı ballistik raket hücumu ilə təhdid etməsi
Rusiyanın hərbi ekspertləri tərəfindən də ciddi bir bəyanat kimi qəbul
edilmədi. Rusiyanın tanınmış hərbi eksperti Aleksandr Xramçixin
Ermənistanın hərbi güc baxımından Azərbaycandan çox zəif olduğunu və
belə bəyanatların sadəcə siyasi məqsəd güddüyünə inanır.
Aleksandr Xramçixin sözlərinə görə, aydın məsələdir ki, Sarkisyan bu
bəyanatı öz elektoratı üçün edib: “Ermənistanda kütləvi qırğın silahı
olmadığı üçün hərbi baxımdan onun Azərbaycanı məhv etməsi mümkün deyil.
Ermənistanda sadəcə köhnə Sovet raketləri mövcuddur ki, bunlar da nəinki
Azərbaycanı yox etməsi, hətta bəzi konkret hərbi obyektlərə belə dəqqiq
zərbə endirə bilməsi sual altındadır”.
Rusiyanın tanınmış jurnalisti Orxan Camal isə Sarkisyanın təhdidlərinin
Ermənistanın qarşılaşdığı bəzi çətinliklərdən qaynaqlandığına inanır.
Orxan Camal deyir ki, Rusiyanın isə indi Ukrayna ilə bağlı ciddi
problemləri var: “Ermənistan prezidenti də Rusiyanın dəstəyinin
azaldığını hiss etdiyi üçün belə əsəbi bəyanatlar verməyə başladı.
Putinin Qarabağ münaqişəsi SSRİ-nin mirasıdır, sözünə gəlincə isə bunu
da unutmamalıyıq ki, Ermənistanın bir dövlət kimi ortaya çıxmasının özü
də elə SSRİ-dən qalma problemdir”.
Soçidə baş tutan müzakirələrdə Qarabağ münaqişəsinin dinc yollarla həlli üçün çalışamaların davam etdirilməsi qərarı alınmışdı.(ans.tv)
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10844

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31