Dələduzluqda ittiham edilən teleaparıcı azad olunur

13.08.2014 - 12:41

 

İlham Mirzəyev

 

“İlham Mirzəyevlə bağlı işin istintaqı artıq yekunlaşıb. Yaxın günlərdə, ən uzağı isə gələn həftəyə iş məhkəmədə olacaq. Onun qanuni əsaslarla azadlığa çıxacağına ümid edirik”.

Bu barədə modern.az-a teleaparıcı İlham Mirzəyevin vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, Azərbaycan təcrübəsində təqsirləndirilən şəxsin günahı sübuta yetirilsə də belə, bu əmələ (178-ci maddə) görə azadlıqdan məhrum etmə nəzərdə tutulmayıb.

 “Çünki müvəkkilimin ittiham olunduğu maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Bu kimi, yəni mülkiyyət əleyhinə olan cinayətlərdə tərəflər barışıbsa, razılığa gəlinibsə, burada azadlıqdan məhrumetmədən söhbət gedə bilməz. Bu zaman həmçinin himayəsində azyaşlı uşağı olması, xəstəliyi, tanınmış olması, əvvəllər məhkum olunmaması və s. nəzərə alınıb”.

Vəkilin sözlərinə görə, teleaparıcının səhhətində problem davam edir. “Hər an həkim nəzarətindədir, əks təqdirdə vəziyyəti ağırlaşa bilər”.

Adəm Məmmədov həmçinin teleaparıcının ona qarşı irəli sürülən ittihamla razılaşmadığını da vurğulayıb.

Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılmışdı. Hazırda iş üzrə ibtidai istintaq yekunlaşıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=10849

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31