"Qarabağda hərbi əməliyyatlar başlasa, yeganə qalib Moskva olacaq"
Blank Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edib.
“Amerikanın Səsi”nə müsahibə verən ekspert Rusiyanın məramları ilə
bağlı dərin şübhələrini ifadə edərək, görüşlərdən real nəticə
gözləmədiyini bildirib.
Jurnalistin “Görüş nə kimi nəticə verdi?” sualına, ekspert bu cür cavab verib: “Düşünmürəm
ki, bu görüş elə bir nəticə verdi. Bircə o oldu ki, tərəflər daha böyük
miqyasda zorakılıqdan çəkindiklərinə görə alqışlandılar. Heç kim bu
görüşdən sülhə doğru real proqres gözləmirdi. Mənim gözlənitlərim
aşağıdır, çünki Rusiyanın sülhdə marağı yoxdur. Və başqa heç kəs aktiv
rol oynamaq istəmir. Ona görə də hökumətlər üzərində sülhə nail olmaq
üçün xarici təzyiq yoxdur”.
Stefan Blank həmçinin, son bir neçə həftədə təmas xəttində yaranan
gərginlikdən və hərbi konfliktin yenidən baş qaldırıb-qaldırmayacağından
da danışıb: “Hesab edirəm ki, insidentlərin yenidən baş
qaldırması ehtimalı kifayət qədər yüksəkdir, hətta müharibənin də. Hər
iki tərəf silahlanır. Həmin kontekstdə həmişə belə bir ehtimal var ki,
müxtəlif növ səbəblərdən, yaxud bilərəkdən bir insident başlasın.
Nəticədə toqquşmalar vüsət ala bilər və ən pis halda müharibə baş verə
bilər”.
“Əgər Dağlıq Qarabağda hərbi münaqişə baş versə, bu, nə kimi mahiyyət
daşıya bilər? Bunun nəticəsi necə olar?” sualına cavab olaraq bildirib
ki, münaqişə başlasa, hər iki tərəf uduzacaq: “Məncə Ermənistan
da, Azərbaycan da uduzacaqlar. Yeganə qalib Moskva olacaq. Rusiya
hansısa məqamda ya birbaşa yaxud da hədə yolu ilə münaqişəyə qatılaraq
bu dövlətləri öz orbitinə salacaq. Ona görə də hesab edirəm ki, bu
münaqişə tezliklə həll olunmalıdır. Çünki qarşıdurma nə qədər uzanırsa,
bir o qədər müharibə ethimalı artır. Onlar hər ikisi Rusiyanın
caynaqlarına düşə bilərlər. Onlardan heç biri də bunu arzulamır. Biz
artıq görürük ki, Ermənistana nə olub. Bu ölkə xarici siyasətdə, bəlkə
də daxili və iqtisadi siyasətdə müstəqillyini faktiki uduzub. Ermənistan
Dağlıq Qarabağdakı ambisiyalarının girovuna çevrilib.”
Short URL: http://www.cumhuriyyet.net/?p=10851