Türkiyə şokda

16.08.2014 - 00:23

 

 

Şimali
İraq kürd rəhbərliyinin silahlı qüvvələri olan peşmərgə “İraq Şam İslam
Dövləti” (İŞİD) ilə mübarizə aparmaq üçün ABŞ və Avropa ölkələrindən
ağır silahlar alacaq. Snayperlərin isə terror təşkilatı PKK-ya verilməsi
gündəmdədir.

 

 

Publika.az-ın
Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Peşmərgə
Nazirliyinin sözçüsü Halgord Hikmət ABŞ-ın indiyə kimi yüngül silah
verdiyini, İŞİD-i məğlub etmək üçün isə ağır silahlara da ehtiyac
olduğunu söyləyib.

 

 

Nazirlik sözçüsü ABŞ və Avropa ölkələrindən ağır silahlar almaq üçün
müqavilə bağlanılacağını deyib. Bu gün ABŞ və İngiltərədən sonra Fransa
ilə Almaniya da peşmərgə güclərinə silah yardımı edəcəklərini açıqlayıb.

 

 

Türkiyənin “Vatan” qəzeti isə bu gün maraqlı bir iddia ilə çıxış
edib. İddiaya görə, ABŞ-ın peşmərgələrə verdiyi “M82” snayperlərin PKK
terror təşkilatına verilməsi də gündəmdədir. 

 

 

“M82” snayperlərin güllələri 1800-2 min metr uçuş məsafəsinə
malikdir. Silah yüngül zirehli texnikanı deşə biləcək gücdə hazırlanıb.
“M82” snayperlərindən Türkiyə ordusunda da istifadə edilir. Silahların
terror təşkilatı PKK-nın əlinə keçməsi isə Türkiyə üçün təhlükəsizlik
baxımından böyük təhlükə kimi qiymətləndirilir.

 

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10856

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31