Hansı bürcün bəxti nədə gətirir?

16.08.2014 - 00:26

Qoç Bürcü
İşdə, karyerada bəxtləri
daha çox gətirir, müdrikdirlər, başqalarının dişini qıracaq çətin işləri
qorxmadan boyunlarına götürürlər və burda da şans üzlərinə gülür.
Azartlı oyunlarda da bəxti gətirən Qoçlar üçün ən böyük oyun həyatın
özüdür. Onlar Marsın övladlarıdır axı, məğlubiyyət nədir bilmirlər.
Qanları qaynayır, hər şeyə yarış, mərc kimi yanaşırlar, onları nəticədən
çox, prosesin özü həvəsləndirir. Ona görə Qoçlardan əla döyüşçü,
idmançı olar. Qoçları müdiriyyət daha tez mükafatlandırır, maaşını
artırır. Bu kimi xüsusiyyətlərinə görə ətrafında olan azşanslı dostlar
və kolleqalar onun həsədini çəkir.
Buğa Bürcü 
Onların
bəxti pulda gətirir, hətta işsiz otursalar belə (adətən belə olur,
çünki onlar tənbəl olmasalar da, iş tapmaqda çətinlik çəkirlər) pulsuz
qalmırlar. Həmişə elə adam tapılır ki, onlara
qədər çox pulu
olsa, özünü bir o qədər xoşbəxt hiss edir. Nəyəsə yatırım etməkdə də
əlləri gətirəcək. Xərçənglər banka gedər, hesabında nə qədər pul varsa,
çıxarıb bir layihəyə, işə sərmayə edər, o puldan da artıq qazancla
çıxar. Onların ailə və ev qur-maqda da taleyi gətirir, çünki Xərçəng
böyük evdar və təsərrüfatçıdır. Xarakterindəki bəzi nöqsanları və tez
alışmağı ol-masa yaxşı olar. Xərçəngin devizi: “hamı evə”-dir. O, ailə
üzvlərinin sevimlisidir. Əsas odur ki, Xərçənglər nostalji hisslərə
qapılıb darıxmasınlar, həmişə ümidli və enerjili olsunlar, o zaman
doğularkən onlara verilən şans həmişə işləyəcək.
Şir Bürcü
Yaxşı
insanlar sarıdan onun bəxti gətirir. Şirlər cəmiyyətin gözü ola bilir.
Eqoizm, hirs və hətta eqosentrizmə baxmayaraq, bu bürcü etibarlı dostlar
əhatə edir və onları həmişə xatırlayırlar. Özü də yaxşı mənada. Şirin
bəxti bir əsas şeydə gətirib: nadir halda etiraz və imtina alarlar. Nə
istəsələr, sanki qanundur. Onların alış-verişdə də əlləri gətirir. Hətta
az gəlirləri olsa da elə şeylər alırlar ki, hamı onlara həsəd aparır,
bahalı geyindiyini düşünür. İntim sahədə də şanslıdırlar, kimi istədilər
tora salırlar, kimi istəmədilər, atırlar. Qəlbləri və yataqları boş
qalmır.
Qız Bürcü
Bu
zərif bürcün sakinləri Tanrı dərgahında bürclərə bəxt və şans
paylananda tamam başqa cərgədə, başqa bir şey üçün növbəyə durublarmış.
Bu, inadcıllıq və məqsədlikdir. Ona görə şansları elə də üzdə deyil.
Qızlara hər şeyi öz zəhmətləri və alın təri, müəyyən müddətə əldə etmək
yazılıb. Bu onlarda alınır. Yazıqlara elə buna görə də həsəd aparırlar.
Havayı və müftə heç nə əldə etmirlər. Tale onların qarşısına bəzən
gözlənilməz uduşlar, fürsətlər çıxarır: kimdənsə havayı ev qalır,
hədiyyə bilet və s. Qızların bəxti anadangəlmə bir şeydə gətirib: yüksək
zövq. Onlar hər şeyi zövqlə edirlər.
Ona görə onların fikrini
qiymətli bilirlər, onunla məsləhətləşirlər, onunla ünsiyyətə can
atırlar. Öz növbəsində bu da bir növ bəxti-gətirməkdir və hər adama
verilmir. Qızlar uğuru və şansı daim yanlarında görmək üçün gərək həmişə
ruh yüksəkliyində olsunlar, əhvalları optimist və şən olsun, həmişə
işıq saçsınlar.
Tərəzi Bürcü
Bu
bürc sahibləri kökləndikləri, diqqətlərini yönəltdikləri və ürəkdən
istədikləri şeylərdə şanslıdırlar. Qoy Tərəziləri ikifikirli, yüngül tip
adlandırsınlar, amma onlar çox şarmlı və istədiyini əldə edəndir.
Onlara yox demək mümkün deyil. Bu da onların üzdə olan bəxti sayıla
bilər. Amma çox vaxt Tərəzilər taleyindən, bəxtindən şikayətçi olur
Fortuna sizi sevir, sadəcə, könlünüz tutan şeyləri sizə verir. Axı
həyatda hər şey 100 faiz ola bilməz. Tərəzilər ətrafdakılara xeyirxahlıq
göstərib yaxşılıq etməyi artırmalıdır ki, uğur daima yanlarında olsun.
Əqrəb Bürcü
Onlar
məşhur bəxti gətirənlərdir. Bəxt köynəyində doğulublar. Nəyə əl
atırlarsa, qızıla çevrilir: istər sənətdə, işdə, istər sevgidə. Onların
bəxtinin naturaları kimi qəribə sirri və mistikası var. Qarşı tərəfin
gözündə onların qüsuru yoxdur, əslində isə nə qədər desən nöqsanı var.
Sanki adamlar onun mənfi tərəflərini görmür. Əqrəblər insanın həyatına,
sirlərinə müdaxilə edib hər şeyi öyrənə bilir və sonra bundan öz
mənafeyi üçün istifadə edir. Amma Əqrəblər əldə etdiklərindən tez
usanırlar və çox darıxırlar. Ona görə bəxtlərini özləri yatırırlar.
Oxatan Bürcü
Xoşbəxt
axına tez düşürlər, Fortuna onlar üçün əlindən gələni edir və tez-tez
münasib şərait yaradır. Bəzən Oxatanların bəxti onların beynindən
qaynaqlanır. Məsələn, o, səyahət etməyi istəyir, oturaq iş istəmir, onda
ona səfərlə bağlı iş düşür, təklif gəlir. Bəzən özü də belə üst-üstə
düşmələrə təəccüblənir. Xüsusən sevgi və evlilikdə bəxti gətirir. Hətta
nəsə itirsələr də, o tərəfdən başqa qapı açılır. Qələbəyə asanlıqla
çatırlar, yəni bir o qədər zəhmət çəkmirlər. Bir tərəfdən insafsızlıq
kimi görünür, amma neyləmək olar. Oxatanlar özlərini hər şeyin yaxşısına
layiq bilirlər. Onlar əmindirlər ki, sabah bu gündən daha yaxşı olacaq.
Oğlaq Bürcü
Onlar
kəşf, tapıntı və yenilik üzrə ən şanslı, bəxtəvər bürcdür. Oğlaqlar
yerdən ən çox pulqabı, pul tapan adamlar olur. Getdiyi yerdə qarşısına
nəsə çıxır, sakitcə götürürlər, sahibini axtarsalar da tapmırlar, bir
səs yoxdur və bunun göydən sürpriz olduğuna inanırlar. Bu adam
kollektivlə meşəyə göbələk yığmağa getsə, ən yaxşı, bol yer onun
qarşısına çıxır və ən dolu zənbil onda olur. Bəziləri Oğlaqlardan
qorxur, çünki onlar hər şeydə qarşılıqlı mənafe, məqsəd güdürlər. Adətən
özlərini qurban ver-mirlər. Oğlağın sağlamlıq cəhətdən də bəxti var,
fiziki baxımdan ən dözümlü və qüvvətli bürcdür.
Dolça Bürcü
Real
aləmlə göyləri, fantaziya və xəyalları səhv salan Dolçaların bəxtləri
də elə bundadır. Onlar öz fantaziyalarında yaşayırlar və özlərini
inandırırlar ki, əslində belədir. Divan üstündə uzanaraq dünyanın o
başına səyahətə gedirlər, pulları olmaya-olmaya beyinlərində hardasa
bahalı yerdə alış-veriş edirlər və bundan gerçək həzz alırlar.
Dolçaların bəxti ruletka, lotoreya, uduşlu oyunlarda gətirir. Dolçaların
beyni kosmik eqreqora bağlıdır, onların arzusu reallaşmadıqda az
üzülürlər, çünki bu olmadısa, beyində dərhal yenisi yaranır. Yeni
informasiya onlara hər yerdən gəlir: filmdən, dostunun söhbətindən,
nağıldan… Ona görə qeyri-adi peşələrdə və yeniliyə can atan Dolçalarda
şans həmişə 100% işləyir. Onlar üçün maddiyyat sonuncu yerdədir.
Balıqlar Bürcü
İlk
növbədə onları bununla təbrik etmək olar ki, Balıqlar digər bürclər
arasında ən qeyri-adi, mistik bir qüvvəyə malikdir və digər insanlara
asanlıqla hökm edə bilir. Onlarda bəxt bir-tərəfli işləyir: əgər işdə
uğur varsa, deməli, sevgidə olmayacaq və ya əksinə. Əgər təsadüfən əlinə
külli miqdarda pul, uduş gəldisə, bilsin ki, hansısa sahədə tam iflas
olacaq. Sanki Fortuna sizinlə oynayır. Belə taleyə öyrəşmiş Balıqlar
zamanla anlayır ki, əlində olana sevinməli və indiki halda xoşbəxt
olduğunu duymalıdır. Yoxsa sabah nə olacağını heç kim bilmir. Bu bürcün
sakinləri nadir halda taleyindən razı olur. Amma bilsinlər ki, bəxtləri o
birilərindən heç də az deyil, birtərəfli olsa belə…(Qadınlar.biz)

Short URL: http://www.cumhuriyyet.net/?p=10857

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31