Azərbaycanda 200 və 500 manatlıq əskinaslar olacaq

16.08.2014 - 01:05

Milli Bank manatın məzənnəsinin davamlı yüksək olması üçün dəmir manatlıqlar da buraxmaq niyyətindədir
 
15 avqust dövlət atributlarımızdan sayılan pul vahidimizin, yəni manatın ilk dəfə dövriyyəyə buraxıldığı tarixdir.

ANS TV-nin məlumatına görə, bu, illər ərzində milli valyutamız olan
manat dəfələrlə dəyərini itirdi və yenidən qazandı, denominasiya olundu.
Bu gün isə, fakt odur ki, manat, dollar və avro ilə müqayisədə qazanır.
Ölkədə ilk dəfə 1, 10 və 250 manatlıq məhz 1992-ci ilin bu günündə,
yəni avqustun 15-də dövriyyəyə buraxılıb. Daha sonra qəpiklər, bir
müddətdən sonra isə 5 manatlıq əskinaslar hazırlandı. Bu gün manatın
məzənnəsi kifayət qədər yüksəkdir. Elə ona görədir ki, paytaxt sakinləri
daha pullarını bank hesablarına dollar yox, manat şəklində qoymağa daha
çox üstünlük verirlər.

İqtisadçılar da hesab edirlər ki, hazırda vətəndaşlar öz vəsaitlərini
daha çox manat şəkilində saxlayırlar. Çünki manat yığım vasitəsi kimi
daha etibarlıdır.

İqtisadçı Vüqar Bayramov deyir ki, “Qlobal maliyyə böhranı dövründə
manat dollara nisbətən öz məzənnəsini saxladı. Halbuki, Özbəkistan,
Rusiya, Qazaxıstanda bu ərəfədə valyuta kəskin şəkildə aşağı düşmüşdü”.

Düzdür ayrı-ayrı vaxtlarda valyuta məzənnəsində baş verənlər manata
təsirsiz ötüşməyib. Amma 2006-cı idə Milli Bankın həyata keçirdiyi
denominasiya Azərbaycan manatının tarixində dönüşə səbəb oldu. Yeni
pulların bir manatı 5 min nisbətilə buraxıldı. Elə bunun nəticəsidir ki,
indi manat nəyinki Azərbaycanın, hətta regionun ən qiymətli valyutası
sayılır.

Milli Bank manatın məzənnəsinin davamlı yüksək olması üçün yaxın
gələcəkdə dəmir manatlıqlar da buraxmaq niyyətindədir. Bundan başqa
dövriyyənin 90 faizini təşkil edən 50, 100 manatlıq əskinaslarla yanaşı,
bu faizi yarıbayarı azaltmaq üçün hətta 200, 500 manatlıq əskinasların
çapı da nəzərdə tutulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=10861

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31