İŞİD Ağ Evin önündə

16.08.2014 - 10:20

İslam Dövləti (İŞİD) terror qruplaşması Ağ Evin önündə çəkilən şəkillə ABŞ-a meydan oxuyub.

Ans press-in məlumatına görə, İslam Dövləti (İŞİD) terror qruplaşması İraqda ABŞ ordusunun hava hücumlarına məruz qadığı bir vaxtda, Ağ Ev rəsmilərini qorxutmaq üçün sosial şəbəkədə çəkdikləri fotoşəkli paylaşıblar. Belə ki, İŞİD üzvlərindən biri Ağ Evin qarşısındakı Pensilvaniya prospektində dayanaraq, arxa fonda Ağ Ev olmaqla İŞİD bayrağının şəklini çəkib və “Twitter” hesabında paylaşıb.

Fotoşəkildə ABŞ-a ismarış olaraq bu sözləri yazıb:

“İŞİD-dən ABŞ-a mesaj:
Biz sizin ştatdayıq,
biz sizin şəhərdəyik,
biz sizin küçələrdəyik.
Bizim hər yerdə hədəflərimiz var.”

Qeyd edək ki, sözügedən şəkilin sosial şəbəkədə yayılmasından sonra Ağ Ev nümayəndələri təşvişə düşüblər. Bu səbəbdən də şəhərdə ciddi təhlükəsizlik tədbirləri görülməsi barədə xüsusi tapşırıqlar verilib.

İŞİD Ağ Evin önündə

Short URL: http://www.cumhuriyyet.net/?p=10867

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31