Daha bir erməni təxribatı
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata
görə, ermənilər Ağdam rayonunun Yusifcanlı, Şıxlar və Goranboy rayonunun
Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı
Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=10868