Azərbaycanda iyrənc oğurluq hadisəsi

16.08.2014 - 12:41

 

 

Əlil müalicəsinə pul yığırmış.

II qrup əlil olan Kərimov Vaqif Yaşar oğlu min bir əzabla müalicəsinə pul yığdığını deyir. 

Oxu.Az ANS TV-yə istinadən
xəbər verir ki, o, həkim müayinəsi üçün günlərini saydığı bir vaxtda,
həmişəki qaydada işdən yaşadığı Xırdalan şəhəri, Əzizbəyov küçəsi, 31b
ünvanına qayıdıb. 

Evin həyətinə girəndə bir az şübhəli
məqamlara rast gəldiyini deyən zərərçəkən, mənzilə daxil olarkən
otaqların dağınıq olduğunu görüb. İlk ağlına gələn isə, pullara baxmaq
olub. Amma onları tapa bilməyib.

Ev sahibinin sözlərinə görə, həyətində
xüsusi təlim görmüş it saxlasa da oğurluğa gələn şəxs və şəxslər onu
zərərsizləşdiriblər. Evə baxış keçirən Abşeron Rayon Polis Şöbəsinin
əməkdaşları müvafiq əl-barmaq izləri götürüb, zərərçəkənin izahatını da
alıblar. 

Vaqif Kərimovun sözlərinə görə, qonşulardan biri onun evinə soxulan şəxslərdən birini görüb.

Məlum oğurluq faktının istintaqının nə yerdə
olduğunu öyrənmək üçün Abşeron Rayon Polis Şöbəsilə əlaqə saxladıq.
Şöbədən bildirdilər ki, hazırda Vaqif Kərimovun mənzilindən edilən
oğurluqla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Şübhəli şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində iş aparılır. İndi zərəçəkən Vaqif Kərimova sadəcə gözləmək qalır.

 

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10871

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31