Kəmaləddin Heydərov iki oliqarxa qarşı
“Fövqəlnazir” Cahangir Hacıyevlə Cahangir Əsgərovun tikinti biznesinə əngəl törədir
Fövqəladə Hallar Nazirliyi “AF Center” şirkətinin inşa etdiyi
binalarda işləri dayandırıb. Bu barədə “Azadlıq”a adıçəkilən şirkətin
inşa etdiyi binalarda mənzil alan vətəndaşlar məlumat verib. Onlar
bildirib ki, binaların inşası bir müddətdir ki, dayandırılıb.
“Maraqlandıq, bizə dedilər ki, işləri Fövqəladə Hallar Nazirliyi
dayandırıb. Lakin səbəbini izhat etmədilər. Dedilər ki, özümüz də
bilmirik. Biz də çox narahatıq. Qorxuruq ki, pullarımız batsın”, – deyə
mənzil almış vətəndaşlar bildirib.
Onlar bildirib ki, binalar Bakı Quşçuluq ASC-nin ərazisində inşa
edilirdi. Qeyd edək ki, bu ASC Beynəlxalq Bankın prezidenti Cahangir
Hacıyevin nəzarətində olub. 2011-ci ildə ASC ləğv edilib. Onun əmlakı və
ərazisi isə təbii ki, yenə də Cahangir Hacıyevin nəzarətində olub.
Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, Beynəlxalq Bankın
prezidenti sonradan “Azal”ın prezidenti Cahangir Əsgərovla işbirliyinə
gedərək bina tikintisinə başlayıb. “Af Center” şirkətinin məhz Cahangir
Əsgərova məxsus olduğu bildirilir.
Görünür, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adıçəkilən
oliqarxlarla hansısa problemləri var. Bu baxımdan da onların tikinti
biznesinə əngəl törədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10873