Erməniləri qorxudan görüş
Melkonyan: “Naxçıvanda ermənilər əleyhinə proseslər başlayır”
Türkiyə, Azərbaycan və Gürcüstan
müdafiə nazirlərinin Naxçıvanda avqustun 18-ə nəzərdə tutulmuş görüşü
erməni politoloqları ciddi narahat edib.
ANS PRESS-in məlumatına görə, erməni türkoloq Ruben Melkonyan görüş yeri kimi Naxçıvanın təsadüfən seçilmədiyini bildirib.
“Yeni prezident seçilmiş Rəcəb Tayyib Ərdoğan göstərir ki,
Ermənistana qarşı düşmən münasibətlər qalır, bunun əvəzinə Azərbaycan və
Gürcüstanla sıx əməkdaşlıq davam edəcək. Naxçıvan ermənilər əleyhinə
proseslərin vacib platforması ola bilər. Dəfələrlə burada müxtəlif
görüşlər keçiriblər”,- deyə Ruben Melkonyan vurğulayıb.
Sabah Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri
Zakir Həsənov, İsmət Yılmaz və İrakli Alasaniya görüşəcəklər. Görüş
avqustun 19-da başa çatacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=10897