Saakaşvili Rusiyanın hücum vaxtını açıqladı
“Xoşbəxtlikdən Ukrayna ərazisində
Rusiya sülhməramlı qüvvələri yoxdur”. Musavat.com-un məlumatına görə,
bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın
şərqindəki vəziyyəti şərh edərkən deyib.
Onun
sözlərinə görə, Putin hər dəfə sülhdən danışanda qarşıdurmanın yeni
mərhələsi başlayır. “Rusiya həm də avqustda hücum eləməyi sevir. 1993-cü
ildə Abxaziyada, 2008-ci ildə Sxinvaliədə də belə olmuşdu. Avqust
Moskvaya sərf edir, çünki hava şəraiti hərbi əməliyyatlar üçün
əlverişlidir və əksər Qərb siyasətçiləri məzuniyyətdə olur, dünyada daha
az adam televizora baxır”, – deyə Saakaşvili bildirib.
Onun
qənaətincə, buna görə həm Ukrayna, həm də beynəlxalq birlik indi
xüsusilə ehtiyatlı olmalıdır. “Putin məğlubiyyətə doğru yoldadır, əsas
odur ki, onun aqoniyası ukraynalıların əlavə həyatları hesabına başa
gəlməsin” – xəbərdarlıq edib keçmiş gürcü lideri(.musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=10902