"Rusiya Azərbaycanı raketlərlə vururdu"
Axar.az xəbər verir ki, bu açıqlama ilə Müdafiə nazirinin eks-müavini polkovnik İsa Sadıqov öz Feysbuk səhifəsində rus əsgərlərinin Ukraynaya yeridilməsini şərh edərkən deyib:
O, Rusiyanın Ukraynaya ordu yeritdiyini bildirib və Kremlin itkilərini gizlədə bilməyəcəyini, əsgər meyitləri gələn kimi faktı etiraf edəcəyini yazıb:
“90-cı illərin ortaları və sonlarında Rusiyanın ərazisindən Azərbaycana raket zərbələri endirilirdi. Bəli, məhz raketlər heç bir hərbi əməliyyatın olmadığı sərhəd rayonlarına yönəldilirdi.
Təsəvvür edin ki, eyni şeyləri o zamanlar açıqlayırdılar. Belə hallar Sovet dövründə ordunun Əfqanıstana girdiyi vədədə də var idi. İlk aylar meyitlər gələnə qədər Sovet qoşunlarının burada iştirakı təsdiqlənmirdi. Bu gün Rusiya 200 yük (meyit – red.) alan kimi heç hara gizlənmək mümkün olmayacaq və faktı təsdiqləməli olacaqlar. Bu yüklər nə qədər çox olsa, bir o qədər onlar tez etiraf etməli olacaqlar. İnanın ki, bu cür yalanlara heç kim inanmır. Onlar hələ indiyə qədər inanmırlar ki, artıq boğaza qədər zibilin içindədirlər və növbəti oktyabr inqilabı 2014-cü ildə olacaq. Daha sonra vətəndaş müharibəsi və digərləri olacaq. Bütün bu inqilablar və müharibə tam süqutdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10903