ZAKİR QARALOVDAN AДћZINI TİKMİŞ İŞ ADAMINA ŞOK CAVAB

17.08.2014 - 01:11

Bu
gün baş prokuror Zakir Qaralov Qazax rayon prokurorluğunda Qərb
bölgəsinin əhalisinin şikayətlərini dinləyib. O cümlədən illərdir ki,
355 manatlıq 2 evinin məhşur Hacı İbrahimlə davasını aparan iş adamı
Elşad Məmmədov da yaxın qohumu, şəhid anası Ülkər Nəsibova ilə
birlikdə qəbulda olub. Onu da bildirək ki, bu Elşad Məmmədovun Zakir
Qaralovla ikinci görüşü idi. Birinci görüş isə 2013- cü ilin 05 aprel
tarixində Ağstafa prokurorluğunda baş tutmuşdu. Birinci görüşün isə, heç
bir nəticəsi olmamışdı. Elşad Məmmədov bu müddətdə öz işini Ali
Məhkəmənin plenumuna qədər aparmışdı.
Bundan Zakir Qaralovun da xəbəri varmış. Xəbəri olmaq bir yana, hətta
Elşad Məmmədovu Ali Məhkəməyə “tapşırıbmış” da.
Qısası, bu gün qəbulda olan Elşad Məmmədovu dinləyən baş prokuror qeyd
etmişdi ki, bu işdən məlumatlıdır və hətta Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin səlahiyyətli generalı Kamran Əliyevə də Elşad Məmmədovun
xeyrinə tapşırıqlarını vermişdi. Bundan da ürəyi soyumayan baş prokuror
sonra Ali Məhkəməyə də Elşad Məmmədovu tapşırıbmış.
Yəni Zakir Qaralov dolayısı ilə acız olduğunu bildirib və son sözü də
belə olub:
– Mən məhkəmənin işinə qarışa bilmərəm.
Elşad Məmmədovun vaxtilə 8 gün aclıq edərək ağzını tikməsini, özünü
yandırmaq istəməsini isə, Allah qarşısında və qanun qarşıısndaböyük
günah adlandırıb.
Sahibkar bildirir:
-Mən ona dedik ki, bəs Allah qarşısında və qanun qarşısında Hacı İbrahim
Nehrəmlinin heç bir cavabdehliyi yoxdurmu? Necə olur ki, mənim əlimdə
qanuni sənədlərim ola- ola üç ildir üç körpəmlə kirayələrdə qalıram,
məhkəmələr isə Hacı İbrahimin tərəfini tutur.
Baş prokuror bu sualların cavabında yenə bildirib ki, mən məhkəmə
qərarlarına qarışa bilmərəm, biz araşdırma edib işi göndərmiş və səni
ora tapşırmışıq.
Elşad Məmmədov şəxsən baş prokurora və onun yanındakı Qazax rayon
prokuroru Əlirza müəllimə və onun köməkçisinə bildirib ki, artıq
yaşamağa yerim yoxdur, cana doymuşam, ağzımı tikdim, faydası olmadı,
prezident aparatının qarşısında üç övladımla ölkə başçısına şikayətə
getdim, polislər məni üç övladımım gözü qarşısında zorla əl- qolumu
bağlayaraq polis maşınına basıb Səbail rayon 9- cu polis bölməsinə
apardılar. Orda məni 4 saat qanunsuz saxlayaraq nə ərizəmi aldılar, nə
də qeydiyyata saldılar.
Elşad Məmmədov daha sonra qeyd etdi ki, bütün bunları bir daha baş
prokurorun nəzərinə çatdırıb daha sonra əlavə etdim:
– Bu dəfə PA -nın qarşısına tək gedəcəm və orada özümü yandıracam. Bu
işdən şəxsən siz Zakir Qaralovun xəbərdar olmasını bütün mətbuat
vasitəsi ilə hamıya bildirəcəm.
Sonda onu da qeyd edək ki, E. Məmmədovun yaxın qohumu, şəhid anası Ülkər
Nəsibova ölkə rəhbərliyinə müraciət edərək, barı onun evinin birinin
özünə qaytarılmasına və kirayələrdən özünün və 3 körpəsinin canının
qurtarmasına yardım etmələrini xahiş etdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=10906

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31