Sürət Hüseynovun adamının adı qətl işində
Azərbaycan zabitinin ölümündə
sirr pərdəsi
Mərhum hərbçinin anası yalnız bir nəfərə cəza verilməsi
ilə razılaşmır, cinayətin qrup şəklində törədildiyini iddia edir; olayın
şok detalları bu yazıda; Şahbazova Xeyra: “Kaş ki, oğlum vətən yolunda
şəhid olaydı, indi bu qədər haqsızlıqla üzləşməzdim…”
19
iyul 2013-cü il tarixdə Əliyev Minas Vaqif oğlu tərəfindən qətlə
yetirilmiş ehtiyatda olan zabit Şahbazov Rahib Qurban oğlunun cinayət
işi ilə bağlı şok faktlar ortaya çıxıb. Mərhumun anası Şahbazova Xeyra
iddia edir ki, çıxarılan hökm ədalətli deyil, çünki cinayətdə ən azı iki
nəfər iştirak edib, ancaq bir nəfərə hökm oxunub.
səbəblərini və məhkəmənin gedişatını təfsilatı ilə “Yeni Müsavat”a
danışıb: “Ailədəki yeganə oğlum bir il öncə heç bir günahı olmadan
Əliyev Minas tərəfindən qətlə yetirildi. Oğlumun ilk evliliyi baş
tutmamışdı.
Əliyeva ilə tanış olub. Aralarında qurulan münasibət 3 ay davam edib. Bu
müddət ərzində Rahib onunla 5-6 dəfə görüşüb. Oğlumun 38, qızın isə 34
yaşı var idi. Münasibət davam etdiyi vaxt məlum olub ki, qız əvvəllər
iki ilə yaxın nişanlı olub. Bir müddət keçəndən sonra Rahib qızla
münasibətinin baş tutmayacağını mənə dedi. O, istəmirdi ki, qızı bədbəxt
etsin. Mən də məcburiyyət qarşısında qalıb, qızın anası Sayat Əliyevaya
zəng vurub məsələni ona bildirdim. O, qışqıraraq məni təhqir etdi.
Ardınca “mənim əlibıçaqlı oğlum var, sənin oğlunu yaşatmayacağam” dedi.
Onun sözlərindən 40 dəqiqə sonra oğlum qətlə yetirildi. Rahibə zəng
vuran qızın qardaşı Minas onunla görüş təyin edib. Ağlıma gəlməzdi ki,
Rahibi öldürəcəklər. Onun görüşə getməyinə özüm razı idim”.

“Rahib görüşə gedəndən 1 saat sonra meyiti üstümə gəldi. Hadisə ilə
bağlı cinayət işi başlandı. İlk günlərdən məhkəmə açıq şəkildə
cinayətkarın tərəfini tutmağa başladı. Belə ki, ekspertizanın rəyindən
göründüyü kimi, oğlumun qatili yox, qatilləri olub. Bu cinayət ən azı
iki nəfər tərəfindən törədilib. Ekspertizanın rəyində göstərilir ki,
ürəkdən vurulan bıçaq yarası yuxarıdan aşağıya doğrudur və güclüdür.
Zərbə vurulan zaman mərhumun ön tərəfi cinayətkara tərəf olub. Amma
oğlumun bel hissəsindən də aldığı zərbə arxadan önədir. Açıq şəkildə
görünür ki, zərbə eyni anda dəyib. Deməli cinayətkar ya əlindəki bıçağı
dəyişməli idi, ya da oğlum arxasını çevirməli idi ki, vursun.
metrostansiyasının ətrafındakı kameralara oğlumun maşının ətrafında olan
bir neçə şübhəli şəxs düşüb. Açıqca görünür ki, onlar kameralardan
yayınırlar. Bundan əlavə, hadisə törədilən zamana iki saat qalmışdan
Minasın telefonuna gələn zənglər araşdırıldı. Çoxlu sayda şübhəli
zənglər ortaya çıxdı. Əsasən də Hüseyn Hüseynov adlı şəxsdən
şübhələndik. Çünki zənglərə baxış keçirərkən, qətl törədilənə qədər
Hüseyn Minasa 9 dəfə zəng edib, 4 dəfə isə SMS yazıb. Amma məhkəmədə
Hüseyn bildirdi ki, Minasın ona borcu olduğu üçün zəng edibmiş.
Maraqlıdır, hər 3 dəqiqədən bir pulunu istəyirmiş? Bu suallarımıza
Hüseyn məhkəmədə cavab verə bilmədi”.

adlı qız olub: “O, ifadəsində göstərib ki, gün ərzində Minasa zəng etsə
də, cavab verməyib. Saat 22:46 radələrində guya Minas Aynurəyə zəng
edərək deyib ki, başıma elə bir oyun açmışam ki, bir də mənə zəng etmə.
Lakin istintaqda da sübut olunub ki, cinayət saat 23:12 radələrində baş
verib. Bu ifadədə şübhəli məqamlar var. Lakin biz zərərçəkən tərəf
olaraq, bu sualları Aynurəyə verə bilmədik. Çünki o, müxtəlif
bəhanələrlə məhkəməyə gəlmədi. Biz hüquqlarımızdan istifadə edərək, onun
məcburi şəkildə məhkəməyə gətirilməsini tələb etdik. Lakin tələblərimiz
rədd edildi. Məhkəməyə hadisə yerində olan taksi sürücüləri şahid kimi
gətirildi. Onların hər biri cinayətkarın xeyrinə ifadə verdilər.
Məhkəmə zamanı yüzlərlə belə şübhəli məqamlar var”.
və məhkəmə heyətinin ünvanına da ağır ittihamlar səsləndirib: “Oğlumun
qətlindən sonra Nərimanov rayon Məhkəməsində cinayət işi başlandı. Bir
müddət keçəndən sonra gördük ki, müstəntiq Orxan Rüstəmov Minasın
tərəfini tutur. Bununla bağlı Mehriban xanıma şikayət məktubu göndərdik.
Bundan sonra müstəntiq məktub yazaraq, işin düzgün aparılacağını
söylədi. Lakin 5 gündən sonra işi məhkəməyə göndərdi. Beləliklə, ciddi
araşdırma olmadan cinayət ört-basdır edildi. Ağır Cinayətlər
Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə məhkəmə prosesi
başladı. İlk iclasda məhkəmə heyətinə daxil olan Eynulla Vəliyev
açıq-aşkar cinayətkara yönləndirici suallar verərək, cinayətin
xuliqanlıq zəminində törədilməsini aradan götürmək məqsədini qarşısına
qoydu. Nümayəndəmizi savadsızlıqda ittiham edib aşağıladı.

ki, istədiklərini edə bilərlər. Biz məhkəmə tərkibinə etiraz etdik.
Lakin məhəl qoymadılar. Vəsatətlər verdik, hamısını rədd etdilər.
Cinayət işi bir-birini təkzib edən 5 yalan ifadədən ibarət idi. İstintaq
işində heç bir istinad olmadan ortaya çıxan şahid Aynurə teleqram
vuraraq, guya yas mərasimi olduğu üçün məhkəməyə gəlmədi. Biz araşdırma
apardıq ki, o, heç bir yas mərasimində olmayıb. Bundan əlavə,
cinayətkarın ailə üzvlərindən olan şahidlərin bəziləri ifadə verməkdən
imtina etdilər. Məhkəmə çox pis şəkildə hazırlanmış teatra bənzəyirdi.
İş o yerə çatdı ki, cinayətkar işin necə yekunlaşacağını bildiyi üçün
bizə rişxəndlə gülürdü. Bütün bunları gördükdən sonra, cənab prezident
İlham Əliyeva şikayət məktubu ünvanladıq. Cinayətin qrup şəklində
törədilməsini göstərən, lakin istintaq və məhkəmənin göz yumduğu
sənədləri məktuba əlavə etdik”.
Baş Prokurorluğa, oradan isə Ağır Cinayətlər Məhkəməsinə göndərilib:
“Hakimlər həmin məktubu kağız parçası hesab edərək, nəzərə almadılar.
Biz məhkəməyə etiraz edərək, bu ilin fevralın 2-də teatra bənzəyən
məhkəmədə iştirak etməkdən imtina etdik. 3 aydan sonra bizə məhkəmənin
tarixi qərarı göndərildi. Qərardan aydın oldu ki, guya bizim vəsatəti
araşdırmaq istəyiblər, lakin Azərcell və Bakcell şirkətləri
arxivləşdirilmiş telefon danışıqlarını verə bilmədiyi üçün araşdırmaq
mümkün olmayıb. Cinayət işində həyata keçirilən ört-basdırlar bu
məktubun üzərində quruldu. Bu il mayın 26-da məhkəmənin çıxardığı hökmü
aldıq. Qərardan aydın oldu ki, gözlədiyimiz kimi, hakimlər xuliqanlıq
maddəsini götürüb, cinayətin qrup şəklində törədilməsinə göz yumublar.
Minas Əliyev isə 11 il azadlıqdan məhrum edilib. Sonradan dəqiq məlumat
aldıq ki, onu 1/3-lə azadlığa buraxacaqlar”.

mahiyyətini üzə çıxarmaq üçün verilən suallar məhkəmə protokolundan
çıxarılıb: “Nümayəndəm məhkəmə qərarı ilə tanış olarkən aydın oldu ki,
protokollar hakimlərin istədiyi kimi yazılıb və vəkilimizin cinayətin
qrup şəklində törədilməsini sübuta yetirmək üçün verdiyi sualların heç
biri qərarda öz əksini tapmayıb. Şikayət etdiyimiz zaman hakim İradə
Həsənzadə üzümüzə durdu ki, sualları biz öz xeyrimizə dəyişmişik və
məhkəməni öz xeyrimizə dəyişməkdə maraqlıyıq. Bunları Allah götürməz.
Övlad itirən də mənəm, mühakimə olunan da. Məgər məhkəmə uzananda
cinayətkara verilən cəza artır? Məhkəmədə iştirak edənlər öz imzaları
ilə təsdiq edirlər ki, o suallar verilib. İndi də deyirlər ki,
qohumlarınız olduğu üçün təsdiq ediblər. İndi siz deyin, insanı bu qədər
alçaldarlarmı, əzərlərmi, haqsızlıq edərlərmi? Kaş ki, oğlum vətən
yolunda şəhid olaydı, bu qədər haqsızlıqlarla üzləşməzdim…”
avqustun 20-də şikayətə baxılacağını söyləyib: “Biz çıxarılan hökmlə
qətiyyən razı deyilik. Çünki hadisənin törədilməsində cinayətkardan çox,
onun anasının təqsiri var. Amma o, hazırda azadlıqdadır. Əminəm ki, əli
oğlumun qanına batan bəzi insanlar sərbəst gəzirlər. Buna dözə
bilmirəm. Artıq Apelyasiya Məhkəməsinə müraciət etmişik. Əminik ki, bu
məhkəmədə heç bir araşdırma aparmadan İradə Həsənzadənin rüşvət gücünə
çıxardığı hökmü qüvvədə saxlayacaq. Çünki cinayətkar çox yüksək
səviyyədə himayə olunur. Heç kim sadə müəllim oğlunun qətlini ört-basdır
edənləri ifşa etməyəcək.

göndərmişdim. Elmira xanım həmin şikayəti işə əlavə edilməsi üçün
Apelyasiya Məhkəməsinə göndərdi. Bu gün (dünən -red.) məktub aldım ki,
şikayət məktubu işə əlavə edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib. Maraqlıdır, bu iş apelyasiyadadırsa, nə üçün digər
məhkəməyə göndərilir? Bütün bunlar cinayətkar Minasın necə müdafiə
edildiyinin birbaşa sübutudur. Bu qədər haqsızlıqlara göz yumulduğuna
görə, bizdə şübhələr oyanıb ki, cinayətkar hansısa dövlət məmuru
tərəfindən himayə edilir”.

“Hörmətli cənab prezident, sizdən xahiş edirəm ki, bizə kömək edin,
oğlumun ölümünə bais olan bütün cinayətkarlar cəzalandırılsın. Hakim
İradə Həsənzadə başda olmaqla, işi düzgün aparmayan bütün şəxslər
məsuliyyətə cəlb olunsun. Çünki bu gün oğlumun işini ört-basdır edənlər,
sabah başqalarının işini də belə aparacaqlar. Bunların qarşısı
alınmalıdır. Biz də insanıq. Cənab prezident, bu yazını oxusanız,
görərsiniz, insanı necə alçaldır, təhqir edirlər. Məhz belə
haqsızlıqlara görə, insanlar intihar edirlər. Artıq mən də bu
vəziyyətdəyəm. Belə davam etsə, özümü öldürüb, oğlumun yanına gedəcəyəm.
Yalnız güvəndiyim Allahdır”.

lakin pul cəriməsi ilə azadlığa buraxılıb. Araşdırmalarımız nəticəsində o
da məlum oldu ki, onun atası Vaqif Əliyev 4 iyun qiyamının təşkilatçısı
Surət Hüseynovun yaxın adamı və onu maliyyələşdirən şəxs olub. Sonralar
Surət Hüseynovla birlikdə həbs olunaraq 9 il azadlıqdan məhrum edilib.
Lakin 3 il sonra azad edilib. Azadlığa çıxandan az müddət keçməmiş
həyatdan köçüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10909