Sərkisyan Rusiyanı şantaj etməyə başladı
Axar.az Tert.am-a istinadla xəbər verir ki, Erməni Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Manvel Sərkisyan Rusiyanın Azərbaycana silah satışı mövzusunda danışarkən, Moskvanı şantaj etməyi də unutmayıb:
“Əgər Rusiyanın Azərbaycana silah satışının qarşısını almaq mümkün deyilsə, onda Ermənistan başqa ölkələrlə əməkdaşlıq barədə düşünməlidir”.
Qurum rəhbəri Rusiyanın Ermənistanı strateji portnyor adlandırdığı halda düşmən Azərbaycana silah satmasını anlamadığını bildirib.
Xatırladaq ki, bu gün Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşü də Ermənistanı ciddi şəkildə narahat edib. Onlar bu üç dövlətin hərbi birliyinin yaranma ehtimalının Qafqazda siyasi-hərbi vəziyyəti dəyişə biləcəyindən ehtiyatlanırlar.
Ötən gün Azərbaycanın yeni raket-zenit komplekslərini sınaqdan keçirməsi və şərti hədəfin dəqiqliklə məhv edilməsi görüntülərini yaymasını isə erməni politoloqlar Bakının Soçi görüşündən sonra Sərkisyan tərəfindən səslənən siyasi-hərbi ritorikasına verilən ciddi cavab kimi qiymətləndirdilər və Azərbaycanın bu cür silahlanmasında Rusiyaya yönəli ittihamların sırası genişləndi.
Short URL: http://www.cumhuriyyet.net/?p=10911