Obamadan əmr: İŞİD-in "beli qırıldı"

18.08.2014 - 11:12

Barak Obama İŞİD-ə qarşı vuruşan orduya tam səlahiyyət verib.

Publika.az-ın
“Routers”-ə istinadən məlumatına görə, ABŞ Prezidenti Barak Obama İŞİD
terror təşkilatına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam
səlahiyyət verib.

Obama, İraq təhlükəsizlik qüvvələrinin Mosul bəndini geri almaq üçün
hazıladığı əməliyyata dəstək olmaq məqsədilə ABŞ ordusuna İraqda hava
hücumları etmək barədə yazılı təlimat çatdırıb. Bu haqda Ağ Ev Milli
Təhlükəsizlik Şurasının məsləhətçisi Keytlin Heyden açıqlamasında
bildirib.

Şimali İraqı su və elektriklə təchiz edən bənd və elektrik stansiya,
avqustun 7-də cihadçılar tərəfindən işğal olunub. Bənd mühüm strateji
obyektidir: əgər o, partladılsa Mosulu 20 metrlik dalğa örtəcək.

Qeyd edək ki, ABŞ ordusu iki gündür xüsusilə, Mosul bəndi yaxınlığındakı İŞİD mövqelərini hava hücumlarına məruz qoyur.

Short URL: http://www.cumhuriyyet.net/?p=10912

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31