Bakı metrosunda dəhşətli olay
Gözləri zəif görən kişi qatarın altında qalıb
Bu
gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. Cumhuriyyet.az-ın lent.az-a
istinadən verdiyi məlumata görə, Bakı-Qazax dəmir yolu xəttinin
Kürdəmirdən keçən hissəsində qatar 62 yaşlı kişini vurub. Saat 21
radələrində Xırdapay kənd sakini, 1962-ci il təvəllüdlü Məmmədov
Ağaməmməd Ağa oğlu dəmir yolunu keçmək istəyərkən qatarın altında qalıb.
Onun bir qolu relsin üstünə düşdüyündən bədənindən ayrılıb. Həm də baş
nahiyəsindən xəsarət almış kişi ağır vəziyyətdə xəstəxanaya
yerləşdirilib.
Ailəsindən bildiriblər ki, A.Məmmədovun bir gözü görmür, o biri gözünün görmə qabiliyyəti isə 30 faizdən çox deyil.
Hadisə yerinə rayon prokurorluğunun əməkdaşları çıxıb, araşdırmalar aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10920