Azərbaycan hakimiyyətinin diktatorluq taleyi

22.09.2014 - 23:50

Hüsnü Mübarəkə Xırdalanda heykəl qoyan hakimiyyət Yanukoviçə də “Heydər Əliyev ordeni”
veribmiş

Diktatorluq xəstəlikdir. Bəlkə də manyaklıqdır. Əlbəttə hər adam dikator ola bilməz. Bunun üçün xüsusi istedad,
qabiliyyət, amansızlıq, qəddarlıq və s. kimi qeyri- insani xüsusiyyətlərə malik
olmaq lazımdır. Amma nə olursa olsun diktatorluğun və diktatorların sonu yoxdur
və çox faciəli olur. Onlar qan, zülm və zor görməyincə hakimiyyətdən əl çəkmirlər.
Tarixdə buna onlarla, bəlkə yüzlərlə misal göstərmək olar. Yaxın və çağdaş
tariximizdə də küfayət qədər mənfi nümunələr var.

 

Diktatorların
oxşar cəhətləri…

 

Diktatorları bir- birinə bağlayan çoxlu
oxşar məqamlar var. Onların əksəriyyəti hakimiyyətə hərbi çevriliş, silahlı
qiyam, qeyri-qanuni yollarla, xalqın qanı üzərindən gəlirlər. Hakimiyyətdə
olduqları dönəmdə ölkədə insan haqlarını, söz- mətbuat azadlığını boğur, əsk
fikirliliyə aman vermirlər. Süni şəkildə şəxsiyyətə pərəstiş mühiti yaradılır.
Həbsxanalar günahsız ictimai- siyasi fəallarla doldurulur. Siyasi partiyalar ya
fəaliyyət göstərmir, ya da onların fəaliyyəti formal xarakter daşıyır. Hakimiyyət
bir əldə cəmlənir, avtorutar idarəetmə hökm sürür. Hakimiyyət qapıları müxalifətin üzün bağlanır. Ölkənin
bütün varidatı hakim ailənin və onların yaxın ətrafının sürətlə varlanmasına
xidmət edir. Diktatorlar uzun müddət hakimiyyətdə qalmağa çalışırlar. Bunun
üçün hər şeyə gedirlər. Ölkədə qan tökürlər, topladıqları varidatın müəyyən
hissəsini xarici havadarlarına verirlər (Məsələn, Qəddafı ona himayədarlıq edən
Fransanın keçmiş prezidenti Sarkozinin hakimiyyətə gəlməsi üçün böyük həcmdə
pul xərcləyib- red.). Bu qisim hökmdarların çoxu özünü şah, padişah kimi aparır
və onların çoxu hakimiyyətdən xalqın gücü ilə, zorla devrilir və sonda bütün
varidatları ilə bərabər öz canlarını da qoruya bilmirlər.

 

Yaxın
tariximizin keçmiş diktatorları

 

Yaxın tariximizdəki diktatorların despotik
hakimiyyəti və faciəli ömür sonluğu ilə bağllı xeyli misallar var;

İndoneziya
prezidenti Məhəmməd Suxorta
1966- ci ildə hərbi çevrilişlə hakimiyyət başına gəlir. Düz 32 il
hakimiyyət sükanından zəli kimi yapışan bu şəxs zəngin neft ehtiyyatlarına
malik ölkəni xarabazara çevirir. Özü və ailəsi isə İndoneziya büdcəsindən 40
milyard dollara yaxın vəsait oğrulayır. Amma 1998- cü ildə ölkədə kəskin maliyyə
böhranı nəticəsində hakimiyyətdən devrilir və büdcə talançılığında, oğurluqda və
korrupsiyada ittiham olunur. Haqqında cinayət işi qaldırılır, məhkəməyə
çıxarılır və vəfat edir.

Keçmiş Rumıniya prezidenti, diktator Nokolya Çauşevski1965-89-cu illərdə Rumıniyaya rəhbərlik etmiş və eyni acınacaqlı, faicəli
taleyi yaşamışdır. Qiyam yolu ilə hakimiyyətdən devrildikdən sonra həyat yoldaşı ilə birlikdə güllələnib.

İraq prezidenti Səddam Hüseyn eyni aqibəti
yaşayıb və sonda dar ağaıcndan asılıb.

Liviya prezidenti Müəmmər Qəddafi hərbi yolla hakimiyyətə
gəlir və ölkəsinə 42 il rəhbərlik edir. Onun hakimiyyəti dövründə ölkədə benzin
su qiymətinə, maaşlar yüksək, təhsil, səhiyyə pulsuz olsa, hər doğulan uşağa və
biznesə başlayan şəxsə bir dəfəlik müvainət və s. verilsə də dikatorluq xəstəliyi
onun da faicəli hakimiyyət sonluğu və ölümü ilə nəticələnir. Özü, oğulu və nəvələri
xalq qiyamçıları tərəfindən amansızcasına öldürülür.

Misirin prezidenti, diktator Hüsni Mübarəkhakimiyyətdən devrilir və qoca, xəstə halında ədalət məhkəməsinin qarşısına çıxarılır.
Hakimiyyəti illərində tökdüyü qanlara, işlətdiyi cinayətlərə, oğurladığı dövlət
vəsaitlərinə görə cavab verir.

Onlarca belə
misal çəkmək olar. Amma fərq etməz. Diktatorların sonu faciə, amansız ölümlə nəticələnir.

 

Dövrümüzün son diktatorları

 

Təəssüflə qeyd
etmək lazımdır ki, bütün bunca dəhşətli nümunələrə rəğmən hələ də çağdaş
dövrümüzdə hökmdarlıq xəstəliyinə düçar olub faicəli ölümünə imza atmaq istəyən
dövlət başçıları var…

Diktotorlara
oxşmaq istəyənlərdən biri də Yanukoviç idi. O da hakimiyyətdə zorla qalmaq, sərvət
toplamaq, sonda xalqı qırğına verib öz təhlükəsizliyini qorumaq istəyirdi. Amma
sələfləri kimi o da aldandı və səhv etdi. Xalq isə ona bu səhvi bağışlamadı,
hakimiyyətdən devirdi, evini, sərvətini yağmaladı, özünü isə axtarışa verib
axtarırlar.

Hazırda Səddam
Hüseynin, Hüsnü Mübarəkin, Müəmmər Qəddafinin və s. diktatorların yolunu Bəşər
Əsəd, Lukoşenko, İlham Əliyev və s. kimi getmək istəyənlər var. Nə yazıq ki,
sonuncular onlardan əvvəl bu yolu getmiş və çox acınacaqlı, faicəli şəkildə
uduzmuş sələflərindən nəticə çıxartmaq istəmirlər.

 

Əliyevlərin diktatorlara sevgisi…

 

Bizim diqqətimizi
çəkən məsələlərdən biri təbii ki, ölkəmizlə bağlı bir məqamdır. Adı yuxarıda
qeyd olunan diktatorlara qarşı xalq inqilabları baş verəndə bizim
televiziyalarımız və hakimiyyətin nəzarətində olan media orqanları bu xəbərləri
çox xəsisliklə, təəssüf və narahatlıqla təqdim edirlər. Sanki devrilən Mübarək,
Qəddafi, Yanukoviş deyil, Əliyev rejimidir. Çox maraqlıdır; bu narahatlıq və
diktatorlara məhəbbət hardan yaranır? Maraqlıdır ki, diktatorlara olan bu sevgi
təkcə hakimiyyət mediası ilə məhdudlaşmır, eyni zamanda hakimiyyətin özü ilə
davam edir. Qısa araşdırma apardıq və məlum oldu ki, sən demə dünya
diktatorlarına qarşı Əliyev rejiminin dərin məhəbbəti var imiş. Məsələn,
xatırlayırsınızsa dünyanın demokratik ölkələrinin məşhur ictimai- siyasi xadimlərinə
ehtiram göstərib onları yada salmadığı halda bizim hökümət Bakıda- Xırdalanda
Hüsnü Mübarəkə heykəl qoymuşdu. Hətta Hüsnü Mübarək Misir xalqına qarşı qətliam
törədəndə, hakimiyyətdən devrildikdə belə həmin heykəl yerində idi. Nəinki
yerində idi, sonradan məlum oldu ki, hökümətimiz xüsusi polis ayırıb ki, həmin
heykəli qorusun.

İlham Əliyev 9
oktaybr seçkilərindən ilk sonra rəsmi səfərini digər diktatorun əlini sıxmaq
üçün Belorusiyaya getdi və dara düşmüş, əli aşağı olan dostu Lukoşenkoya böyük
maddi dəstək göstərdi.

 

Yanukoviç “Heydər Əliyev ordeni”- ni neynəyib görəsən?

 

Bu günlərdə məlum
oldu ki, sən demə Azərbaycanla Ukrayna arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi
üçün (!?) İlham Əliyev Yanukoviçə 17 noyabr 2013- cü ildə “Heydər Əliyev
ordeni” veribmiş. Yanukoviç hakimiyyətdən devrildikdən və qaçıb gizləndikdən
sonra beynlərdə bir fikir dolaşır; görəsən o bu ordeni neynəyib və o medal indi
hardadır? Balaca mükafat deyil, o boyda diktatorun adını daşıyır.

 

Əliyev rejimi diktatorları niyə sevir?

 

Zənimizcə bu
sualın tək bir cavabı var. Azərbaycanda faktiki olaraq 1969- cu ildən hakimiyyətə
gələn, ata Əliyevdən oğul Əliyevə ötürülən bu sülalə rejimi də mahiyyət və idarəetmə
baxımdan diktatorluq üzərində qurulub. Yuxarıda qeyd etdiyimiz, diktatorluq
xüsusiyyətlərinə malik olan hallar hazırda ölkəmizdə mövcuddur; Hakimiyyət bir
qrupun əlində cəmləşib və zor gücünə idarə olunur. Ölkənin var- yoxu bir ailəyə
və onların yaxın ətrafına mənsubdur. Fərqli fikirliyə yer yoxdur, insan
haqları, söz- mətbuat azadlığı kobud şəkildə boğulur, həbsxanalar dinc,
günahsız ictimai- siyasi fəallarla doludur. Korrupsiya və özbaşınalıq, məmur
harınlığı baş alıb gedir. Dövlət başçısı özünü ölkənin şahı, prezidenti kimi
aparır.

 

Gözü çıxan qardaşdan ibrət dərsi

 

Amma dünya dəyişir. Dünyaya meydan oxuyan, xalqları əsarət altında saxlayan, hakimiyyətlərinin
ömürlük olacağını zənn edənlər, dünya malına göz dikənlər bir- birinin ardınca
tarixin səhnəsini tərk edirlər. Özü də çox acınacaqlı və faciəli şəkildə tərk
edirlər. Həyatda əbədi heç nə olmadığı kimi var- dövlətlər və hakimiyyətlər də əbədi
deyil. Xalq qisasa və qiyama qalxdıqda milyonlar və milyardlar diktatorları
qoruya bilmir. Bu acı taleyi yaşamamaq üçün dünyanın gərdişindən bir az baş
çıxarmaq, “gözü çıxarılmış qardaş”lardan- diktatorlardan ibrət dərsi götürmək.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=109247

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728