Hakimiyyət daxilində narazılıq pik həddə: beynəlxalq aləm Bakıdan üz çevirib
Hakimiyyətin tam gücü ilə işə saldığı təbliğat maşını heç cür irəliləyə bilmir. Ölkədaxili
social narazılıqların açıq ifadəsi, qanunsuzluq və məmur özbaşınalığını artıq
“analoqu olmayan iqtisadi inkişaf” nağılları ilə gizlətmək olmur. 21 illik
siyasətin iflası beynəlxalq hesabatlarda da öz əksini tapmaqdadır. Son olaraq
bu günlərdə Beynəlxalq Sülh Naminə Araşdırmalar Fondu Azərbaycanı “uğursuz
dövlət” elan edib. Fondun hesabatında deyilir ki, bir müddət öncə ölkə siyasi,
iqtisadi, eləcə də sosial cəhətdən “uğursuzluqla” üzləşib. Hökumət tərəfindən
törədilən qanunsuzluqların, insan hüquqlarının və qanunun aliliyi prinsipinin
pozulması, qeyri-bərabər iqtisadi inkişaf və islami meyllərin artmasını
Azərbaycanın üzləşdiyi bütün bu uğursuzluqların əsas səbəbləri kimi göstərmək
olar. Görünən odur ki, bütün bu problemlər Azərbaycan cəmiyyətini depressiya və
əsasən intihar, davamlı zorakılıq və radikalizmə sürükləməklə, ona öz təsirini
göstərməkdə davam edir.
İlham Əliyevin 3-cü prezidenliyi ilə başlayan
intiharlar
2013-cü ildə hakimiyyətin “qırmızı xətti” keçərək 3-cü prezidenliyı getməyəcəyinə
müəyyən ümüdlər var idi. YAP-ın İlham Əliyevin namizədliyini irəli sürməsi ilə
bu ümüdlər puç oldu. Daha sonra dövlət başçısının heç olmazsa indiki anda
korrupsioner komandadan azad olacağı ehtimalları yarandı. İlham Əliyev
oktyabrın 19-da tez tələsik inaqurasiya keçirdi, ardınca çox cüzi dəyişikliklə
yeni hökumətin tərkibin təsdiq etdi. Və.. bütün ümüdlərin məhv olduğunu görmək
üçün Əliyevin prezidentliyinin 100 gününü gözləmək lazım gəlmədi. Qalmaqallı
inaqurasiyadan cəmi 67 gün sonra Qarabağ qazisi Bakının mərkəzində özünə od
vuraraq intihar etdi. Hakimiyyət bu hadisəni nə qədər sakit ötüşdürməyə çalışsa
da baş verənlər vəziyyətin dramatic olduğunu ortaya qoyur. 2014-cü ilin
başlanğıcında Azərbaycanda bir gün belə ölüm xəbəri gəlmədən keçmədi. İntihar
hadisələri kütləvi informasiya vasitələrinin qaynar mövzularından birinə
çevrildi. Qeyd edək ki, Azərbaycan mətbuatının məlumatına əsasən, artıq 2014-cü
ilin ilk ayında ölkədə 40 intihar hadisəsi baş verib. Ekspertlər “böyük intihar
dalğası”-nın səbəblərini cəmiyyətin hökumətə inamsızlığından meydana gələn
iqtisadi çətinliklər, eləcə də ölkədə vüsət alan qanunsuzluq və cəzasızlığın
miqyasının artması ilə izah edir.
Lakin, özünə qarşı yönəlmiş aqressiyanın nəticəsi olan bu intiharlar cəmiyyətdə mövcud
olan depressiyanın göstəricilərindən yalnız biridir. Psixoloqların fikirlərinə
görə, ruhdan düşmüş cəmiyyət daha aqressiv olur, beləcə gec və yaxud tez bu
aqressiya özünu zorakılıq halları və ya radikal davranışın digər formalarında
göstərir. Maraqlıdır ki, Azərbaycanda son illərdə müşahidə olunan hadisələr
yuxarıda göstərilən nəzəriyyənin ən yaxşı təsvir olunmuş təzahürüdür.
Etirazları zorla boğmaq cəhdi
İntihar
hallarının sayının çoxluğundan əlavə, son illər Azərbaycan zorakılıq halları və
hökumət əleyhinə yönəlmiş iğtişaş halları ilə zəngin olub. Artıq alçaldıcı
həyat səviyyəsinə dözə bilməyən Azərbaycan cəmiyyəti burada olan zorakılıq
hallarını daha geniş ictimaiyyətə çatdırmaq üçün etiraz aksiyalarına gedir.
Polislə etirazçılar arasında toqquşmalar və polisin zorakılığı ilə müşayət
olunan bu cür iri qiyamlardan biri Azərbaycanın rayonlarından İsmayıllıda baş
vermişdi. Digər bir etiraz aksiyası isə Binə ticarət mərkəzində icarə
haqlarının artırılmasından sonra mağaza sahibləri ilə polis arasında baş verdi.
Azərbaycan hökumətinin etirazlara sadə insanların, eləcə də jurnalist,
müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin qanunsuz həbsləri ilə müşayət
edilən sərt yanaşması etirazlar ətrafında yaranış vəziyyəti daha da
gərginləşdirdi. Nümunə üçün Quba rayonunda minlərlə etirazçının küçələrə
axışmasını göstərə bilərik. Etirazlar zamanı yerli icra hakimiyyəti binasının
şüşələri sındırılmış, icra başçısının evi isə etirazçılar tərəfindən
yandırılmışdı.
Dini ekstrmizm
Zorakılıqlar
bununla bitmir. Dini müharibələr və müsəlman dünyasının “islamiləşdirilməsi”
Azərbaycandan da yan keçmədi. Təlaş içərisində olan və düşdüyü vəziyyətdən
çıxış yolu tapmayan Azərbaycan cəmiyyəti xilası dində axtarmağa başladı.
Ekspertlərin fikrinə görə, məhz bir çox din xadimləri sakit mübarizədənsə,
radikal mübarizə yoluna üstünlük verir. Buradan da Azərbaycandakı dini
qruplaşmaların son illər daha da təhlükəli olduğu barədə fikir irəli sürmək
olar. Hökumətin 2009-cu ildən dinə qarşı yönəlmiş repressiv siyasət həyata
keçirməsinə baxmayaraq, istər dini qruplaşmaların öz aralarında, istərsə də
onlarla polis arasında toqquşmalar qeydə alınmayıb.
Lakin, o
dövrə dini zəmində baş vermiş atışmalardan birində polis əməkdaşı öldürülmüşdü.
Adətən, Azərbaycanda ən təhlükəli qruplaşmalardan biri sələfilər və ya başqa
adla – vəhhabilər hesab olunur. Bunun əsas səbəbi kimi isə onların xaricdən
maliyyələşməsi və öz ideologiyalarını yaymaqda və digər insanların bu qruplara
cəlb olunmasında sərbəst olmaları göstərilir. Beynəlxalq rəyə əsasən sonradan
onlardan yüzlərlə adam inandıqları əqidəni müdafiə etmək adı ilə Suriyadakı
müharibəyə göndərilir. Güman edilir ki, Suriyadakı müharibə başa çatdıqdan
sonra, bütün Azərbaycanlı radikal islamçı döyüşçülər geri qayıtmaqla özləri ilə
“qardaşlıq inancı” gətirəcək və bununla da cəmiyyətin radikallaşmasında rol
oynamış olacaqlar.
Bununla
yanaşı, bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür
Paşazadə tərəfindən radikal islamçıların ünvanına yönəlmiş tənqidi fikirlər
Azərbaycan hökumətinin bu cür dini fəallaşmadan təşvişə düşməsini açıq-aydın
nümayiş etdirir. Bundan əlavə, Azərbaycan mətbuatında vəhhabilərin hökumət
daxilinə nüfuz etməsi və bəzi yüksək rütbəli məmurların vəhhabilərlə güclü
əlaqələrinin olması ilə bağlı məlumatlar yayılıb. “Meşə Qardaşları” və
“Ceyşullah” kimi radikal dini qruplaşmalar tərəfindən Azərbaycan hökumətinə
qarşı “müharibənin” elan edilməsi bütün bu təhlükələrin kulminasiya nöqtəsini
təşkil edir. Onlar yaxın gələcəkdə Azərbaycanda “cihad” (müqəddəs müharibə) başlanacağını
elan edir.
Oliqarxlar arasında biznes maraqları uğrunda
mübarizə
Belə
çətin bir durumda hakimiyyət daxilində baş qaldırmış narazılıq da artıq özünün
ən təhlükəli mərhələsinə qədəm qoyur. Prezident seçkilərindən sonra mövcud
gücünü qoruyub saxlaya bilmək üçün məmurların üz-üzə gəlmələri isə işləri daha
təhlükəli həddə çatdırıb. Hakimiyyət daxilində yaşanan bu savaşın təkcə siyasi
deyil, eyni zamanda iqtisadi təsirləri də var. İnhisarçı məmurlar
mövcudluqlarını isbatlamaq və vacib şəxs olduqlarını göstərmək üçün əllərində
olan iqtisadi rıçaqlardan istifadə etməklə təsir imkanlarını artırırlar.
Nəticə
etibarilə də məmurların savaşı bazarlarda qiymətlərin artmasına səbəb olur.
Aydın məsələdir ki, Azərbaycanda qiymətlərə dövlət yox, ayrı-ayrı məmurlar
nəzarət edirlər. Oliqarxların hər birinin özünə yeni bir sahə tapıb, onu gəlir
mənbəyinə çevirdiklərindəndir ki, bazarda tələblə təklif arasında tarazlıq
pozulub. Belə ki, gətirilən məhsullara istənilən qiyməti tətbiq edən bu
inhisarçılar həmin vaxt qətiyyən əhalinin gəlirlərini fikirləşmirlər. Yəni,
bazarda qiymətlər tələbə və ya təklifə əsasən deyil, kimlərinsə istəyinə uyğun
şəkildə tənzim olunur. Qeyd edək ki, hal hazırda vəziyyət elə bu cürdür.
Əhalinin etdiyi narazılıqlara rəğmən yenə də qiymətləri tənzimləmək olmur və ya
kimlərsə ayağını bir addım geriyə qoymur.
Təbii
ki, bazara bahalı mal gətirib, onu satan inhisarçıların arxasında məmurlar
dayanır. Hazırda vəziyyət belədir ki, az qala hər bir məhsul hansısa məmurun
inhisarındadır və ondan başqa kimsə, o məhsulu Azərbaycana gətirə bilməz.
Gətirənləri də elə bir hala salırlar ki, böyük zərərlə oyundan çıxmalı olur.
İndiki məqamda da durum belədir ki, məmurlar ortalıqda böyük pulların olduğunu
görərək, hər biri yeni-yeni sahələri ələ keçirməyə çalışırlar. Amma bu
hərəkətlər nəticə etibarı ilə digər məmurlarla üz-üzə gəlməyə qədər təhlükəli
işlərə yol açır.
Bununla
bağlı əlimizə keçən məlumatlar kifayət qədər maraqlıdır. Belə ki, verilən
informasiyalarda artıq hakimiyyət içində biznes maraqları uğrunda mübarizənin
start götürdüyü iddia olunur. Mənbənin iddiasına görə, bir neçə nazir yaranmış
əlverişli məqamdan istifadə edərək, özlərinin biznes sahələrini genişləndirməyə
çalışırlar. Elə bu səbəbdən də gəlirli sahələr uğrunda tərəflərin üz-üzə
gəlməsi halları baş verir. Nəticədə, toqquşan məmurlar bu məsələni daha da
böyüdərək, düşmənçilik həddinə qədər çatdırıblar.
Mənbənin
sözlərinə görə, bu şəkildə davam edərsə, məmurlar arasında biznes uğrunda baş
qaldırmış savaşın yeni mərhələsi qanla bitə bilər. İlkin məlumatlardan belə
məlum olur ki, qiymət artımlarının arxasında dayanan əsas amil də bu toqquşma
ilə bağlıdır. Məqsədli şəkildə ortaya atılmış və əhalinin talan edilməsinə
hesablanmış bu addımın yekun nəticəsi isə kimlərinsə varlanmasına xidmət edir.
Elə buna görə də, сечкиöncəsi, qiymətləri artırmaqla böyük pulların ələ
keçirilməsinə nail olmaq üçün əsl mərəkə başlayıb.
Bu
proseslərin yekunda hakimiyyəti daxildə zəiflədib, sonra da tamamilə
zəiflədəcəyini də proqnozlaşdıran ekspertlərin qənaətinə görə, vəziyyətin bu
şəkildə uzunmüddət davam etməsi də mümkün deyil. Onların rəyinə görə, əgər
hakimiyyətin daxildən zəifləməsi baş verərsə, bunun cəmiyyətə də mənfi
təsirləri olacaq və orada da toqquşmaların baş qaldırmasına imkan verəcək. Bütün
hallarda başlanan bu savaşın sonucu olaraq həm də Azərbaycanda hakimiyyət
dəyişikliyini istəyən güclərin də imkanları yüksələcək.
Beynəlxalq dəstək itirilib
Beynəlxalq
birliklərin və təşkilatların Əliyevlərə qarşı çıxması yeni hadisə deyil. Amma
son dövrlərin statistikasına baxsaq bu hadisələrin baş vermə tezliyi və miqyası
genişlənməkdədir. Başda ABŞ olmaqla Qərb ölkələrinin təsir rıçaqlarından və
alətlərindən olan bir sıra nüfuzlu təşkilatlar, o cümlədən Amnestyu
İnternational, Freedom House, Human Rights Watch, Article 19,
Beynəlxlq İnsan Hüquqları Evi, “Sərhədsiz reportyorlar” təşkilatı və s. vaxtaşırı
olaraq Azərbaycan hökümətini sərt şəkildə tənqid edir, ölkədə insan haqlarının,
söz mətbuat azadlığının pozulduğuna dair SOS siqnalı çalır. Artıq dünənə qədər
Əliyev rejiminin şıltaqlılqarına müəyyən məsələlər görə dözən nüfuzlu
beynəlxalq qurumlar daha prinsipial mövqe nümayiş etdirməyə başlayıblar.
Artıq
dünya ictimaiyyəti Azərbaycanın özünü Avropa ölkəsi kimi təqdim etmək cəhdinə
baxmayaraq geriləməsinin və Mərkəzi Asiyaya yaxınlaşmasının fərqindədir. Heç
şübhəsiz ki, bu yaxınlaşma ölkədə vəziyyətin getdikcə pisləşməsindən,
qanunların işləməməsindən, korrupsiyanın çiçəklənməsindən, seçkilərin total
saxtalaşdırılmasından, insan haqlarının kobud şəkildə pozulmasından, bir sözlə
avtoritarizmin möhkəmlənməsindən qaynaqlanır. Bütün bunlar isə dünya
birliklərinin 20 ildir ki, hakimiyyəti zəbt etmiş Əliyev rejiminə münasibətinin
mənfiyə doğru dəyişməsi, Azərbaycan hakimiyyətinin repressiya və seçki
saxtakarlığına göz yummaması, əksinə bu əməlləri ifşa etməsi ilə müşayət
olunur.
Elxan Məmmədli
Short URL: http://www.cumhuriyyet.net/?p=109251