Polis rəisinin oğlu sərxoş halda adam öldürdü
Avqustun 16-sı gecə radələrində DİN Baş Mühafizə İdarəsinin
Şabran bölməsinin əməkdaşı polis serjantı Vahab Əlibəy oğlu Eynalov
içkili vəziyyətdə yol qəzası törədib.
Axar.az-ın yerli mənbədən əldə etdiyi məlumata görə, hadisə
nəticəsində bir nəfər ölüb, biri yaralanıb. Ölən şəxs rayonun
Sincanboyad kənd sakinidir.
Məlumatda deyilir ki, polis əməkdaşı artıq həbs edilərək istintaqa
təhvil verilib. Onun Şabran Rayon İcra Hakimiyyətində mühafizə polisi
işlədiyi qeyd edilir.
Onun artıq işindən azad edildiyi qeyd olunur…
Polis serjantının atası Əlibəy Eynalov uzun müddət polis rəisi
vəzifəsində çalışıb, hazırda isə Nəqliyyatda Polis Baş İdarəsinin Xudat
dəmiryol stansiyasında polis rəisidir.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təqdiqləyərək bildirdilər ki, hazırda araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10926