Gənclər Fondunun dəstəyi ilə “Gənc Turizm Sahibkarı” adlı layihə

05.01.2018 - 10:52

18-22 dekabr tarixlərində Balakən və Qax rayonlarında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc Turizm Sahibkarı” adlı layihəsi çərçivəsində tədbirlər həyata keçirilmişdir. Tədbirlər ərəfəsində ümumilikdə 4 fərqli qrupda 100-dən çox iştirakçıya seminarlar keçirilmişdir. İştirakçılar əsasən məktəbin 8-11.ci sinif şagirdlərindən təşkil olunmuşdur. Aktiv iştirakçılar seminarlardan sonra sertifikatlar təqdim olunmuşdur. Tədbir zamanı layihə ilə bağlı ilkin və ümumi məlumatlandırıcı xarakterli bukletlər paylanmışdır.

Qeyd edək ki, layihə üzrə Balakən və Qax rayonlarının öncədən müəyyənləşdirilməsi heç də bir mənalı deyildir. Belə ki, layihənin ilkin mərhələsində regionun əhalisi arasında sorğu və müşahidə üsulu ilə araşdırmalar aparılmış. Hədəf qrupların mövzu üzrə fikr və düşüncələri təhlil edilmişdir.

Region gənclərinin sahibkarlığa təşviqi istiqamətində start götürmüş seminarlar çərçivəsində ilk növbədə öncədən müəyyənləşdirilmiş və seçilmiş region gənclərinə hədəf qrupa daxil olan ərazilərin turizm pespektivləri və sahibkarlıq imkanları tanıdılmışdır. Gənclərin sahibkarlıq meyllərini artırmaq üçün motivasiya proqramları üzrə qruplar halında rol-ssenari, şeytan advokatı vəs. metodikalardan istifadə edilmişdir. Seminarların digər mərhələlərində həmin gənclərlə turizm planlaşdırması və proqnozlaşdırılması istiqamətində tətbiqi proqramlar təqdim edilmiş və sahibkarlığın təşkili metodikası və üsulları üzrə kurslar təşkil olunmuşdur.

Gənclərin turizm sahibkarlığına təşviqi üzrə gözlənilən nəticələrə nail olunma səviyyəsini müəyyənləşdirmək üçün tədbirlərin son günündə testli sınaq həyata keçirilmiş və sınaqda daha yüksək motivasiyasına nail olunduğu müəyyən edilən 20-ə yaxın gəncə “Gənc turizm sahibkarı” diplomu təqdim edilmişdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=109286

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31