Ukrayna tək qaldı
18.08.2014 - 18:56

AB və NATO Ukraynaya hərbi yardım etməyəcəyini açıqladı
Avropa Birliyi və NATO Ukraynaya heç bir hərbi yardım etməyəcək.
ANS PRESS-in məlumatına görə, bunu Finlandiyanın baş naziri Aleksandr
Stubb bəyan edib.
O, bildirib ki, NATO yalnız alyansa üzv olan ölkələrə hərbi dəstək verə bilər, AB-nin isə hərbi yardım üçün resursları yoxdur.
Baş nazirin sözlərinə görə, Ukraynanın xarici işlər naziri Pavel
Klimkinin hərbi dəstək üçün NATO və AB-yə etdiyi müraciətə müsbət cavab
verilməyəcək.
Stubb hesab edir ki, Ukraynada tərəflər danışıqlar masasına əyləşməli və bölgədə atəşkəs elan edilməlidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10937