Amnesty İnternational Fərəc və Sirac Kərimovları "vicdan məhbusu" elan edib

18.08.2014 - 19:00

Amnesty International  beynəlxalq hüquq-müdafiə təşkilatı Müsavat
Partiyasının üzvləri, narkotik maddə satışında ittiham olunaraq həbs
edilən Fərəc və Sirac Kərimovları “vicdan məhbusu” elan edib.
Təşkilatın bəyanatında deyilir ki, qardaşlardan etirafedici ifadələr alınması üçün işğəncələrə məruz qalıblar.
F.Kərimlinin
həbsindən 10 gün sonra – avqustun 2-də onun yanına vəkil buraxılıb. O
bildirib ki, etirafedici ifadələr verməsi üçün polisdə onu döyüblər.
Hətta hədələyiblər ki, əgər etiraz edərsə valideynlərinə problem
yaratmış olacaq, onların evinə silah qoyulacaq.
Sənəddə
deyilir ki, F.Kərimli narkotik maddə ittihamı ilə həbs olunub. Lakin
polisdə ondan Facebook-da fəaliyyəti ilə bağlı məlumat tələb ediblər.
F.Kərimlinin qardaşı S.Kərimli ondan 6 gün öncə həbs edilib.
Amnesty International  qeyd edir ki, Azərbaycanda fəalların narkotik maddə ittihamı ilə tutulması praktikası yayılıb.
Amnesty International qardaşların azad edilməsinə, onların təhlükəsizliyinin təmin olunmasına çağırır (“Amerikanın səsi”).

Short URL: http://www.cumhuriyyet.net/?p=10938

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31