Vətəndaşdan İlham Əliyevə intihar xəbərdarlığı

19.08.2014 - 01:30

“Yaxın günlərdə mənim məsələm həll olunmazsa Prezident Administrasiyasının
qarşısına tək gələcəm və özümü yandıracam”

 

Baş
prokuror Zakir Qaralovun ikinci dəfə qəbulunda olan iş adamı, “Avesta”
konserninə məxsus “Həsən-96” MTK-dan 2012-ci ildə 2 mənzilin pulunu ödəyən,
ancaq buna sahiblənə bilməyən Elşad Məmmədovun problemi çözülmür. Bu yaxınlarda
Prezident Administrasiyası önündə üç azyaşlı övladıyla aksiya keçirən iş adamı polis
zorakılıqıyla üzləşmişdi. Onu Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin
əməkdaşları onu 4 saat bölmədə saxladılar. Ondan bu barədə nə izahat alıblar, nə
də qeydiyyata salıblar. Sadəcə “Allah köməyin olsun” deyərək bölmədən sərbəst
buraxıblar.

Bir gün
sonra isə baş prokurorun müavini Rüstəm Usubovun qəbulunda olub. Yaxın günlərdə
isə Baş prokuror Zakir Qaralov Qazaxda vətəndaşları qəbul edən Elşad Məmmədov
onunla görüşə bilib. Bütün bu olanlar isə onun nə mənzillərinin qaytarılmasına,
nə də ödədiyi 355 min manatı geri alınmasıyla yekunlaşıb. Hər yerdən əli üzülən
Elşad Məmmədov növbəti dəfə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun
rəhbəri Mehriban Əliyevaya müraciət edib.

“Çünki
“Avesta” konsreninin prezidenti Hacı İbrahim Nehrəmli ilə nə Baş prokuror Zakir
Qaralov, nə də Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi, general Kamran Əliyev
bacarır. Halbuki Kamran Əliyev əlimdəki sənədləri görüb məni haqlı sayıb. Zakir
Qaralovun tapşırığıyla Ali Məhkəmənin Pleniumuna tapşırıb ki, araşdırma düzgün
aparılsın. Ancaq Ali Məhkəmənin sədri Ramiz Rzayev Hacı İbrahimlə dost olduğu
üçün mənim əlimdə olan bütün sənədlərə, maliyyə arayışına, mənzillər üçün ödədiyim
pulların qəbzlərinə diqqət yetirmədən məhkəmə baxışından çıxartdı. Hətta mənim
işimi Ali Məhkəmənin sədri protokolu dəyişib. Dəfələrlə ölkədəki bütün aidiyyəti
qurumlara müraciət etmişəm. Ancaq heç bir nəticəsi yoxdur. Aclıq aksiyası
keçirmişəm, ağzımı tikmişəm, intihara cəhd etmişəm, hər dəfə yalandan vəd
veriblər, vəssalam. Üstündən az müddət keçəndən sonra bəlli olub ki, heç kim Hacı
İbrahimlə üz-üzə gəlməkdən çəkinir. Hacı İbrahim məni əlində olan media vasitəsilə
şərləyir, mühafizəçisi açıq nömrədən dəfələrlə ölümlə təhdid edib. Bu artıq
sondur. Yaxın günlərdə mənim məsələm həll olunmazsa Prezident Administrasiyasının
qarşısına tək gələcəm və özümü yandıracam. Çünki artıq yaşamaq olmur. Nə vaxta
qədər üç körpə uşaqla kirayələrdə qalım? Hacı İbrahim “Xəzər Adaları”nın
reklamı üçün dünyanın 125 gözəlinə Bakıya dəvət edib. Təbii ki, onların bura gəlməsi
üçün milyonlar xərcləyəcək? Onlara ödəyəcəyi pulun 10 faizi mənə atdığı vəsaitdi.
Olmazmı heç kimi olmayan mən yetim oğlanın pulunu versin? Əgər hacıdırsa belə
etməliydi. Hacı olan şəxs başqasının haqqını yeməz, şəhidlərimiz ölən gün adasında
çılpaq qızlarla açılış etməz. Şəhidlərimizin qırxı çıxmamış dünya gözəllərini
Bakıya gətirib onlara konsert təşkil etməz”.

Elşad Məmmədov
bir daha ölkə başçısı və Mehriban Əliyevadan probleminin həll edilməsini xahiş
edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10942

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31