Əli Həsənovla Kəmaləddin Heydərov üz-üzə

19.08.2014 - 08:26

Qobudakı milyardlıq layihə komitə sədrini hədəfə gətirib

Qobudakı milyardlıq layihə komitə sədrini hədəfə gətirib

Qobuda məcburi köçkünlər üçün tikilən şəhərcik Qaçqınlar və Məcburi
Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu hədəfə
gətirib. Bu barədə Reytinq qəzeti məlumat yayıb. Məlumatda deyilir ki,
Qobudakı layihə milyardlıq layihədir və bu baxımdan digər oliqarxların
da diqqətini cəlb edib.

Əli Həsənov isə prosesi öz əlində cəmləşdirmək və maliyyəyə təkbaşına
nəzarət etmək niyyətindədir. Məlumatda deyilir ki, artıq Əli Həsənov
ciddi müqavimətlə üzləşib. “Hətta vəziyyət o həddə çatıb ki, Qobu
layihəsini Əli Həsənovdan almaq istəyənlər qəti addımlar atırlar. Onlar
bildirirlər ki, Əli Həsənov bu prosesdə ancaq hazır evlərə məcburi
köçkünlər yerləşdirməklə məşğul olmalıdır”, – deyə qəzet məlumatlı
mənbəyə istinadən yazır.

Məlumata görə, Əli Həsənovu prosesdən kənarda qoymaq istəyənlər onun
əvəzinə fövqəladə hallar naziri Kəmaləddin Heydərovu önə verirlər. Əli
Həsənov isə mövqelərini gücləndirmək üçün məcburi köçkünlərdən
yararlanmağa çalışır. Komitə sədri əsasən öz rayonundan (Cəbrayıldan)
olan məcburi köçkünlər arasında təbliğat aparır ki, o, olmasa onlara
mənzil verilməyəcək. O, həmçinin ilk növbədə həmyerlilərinin evlə təmin
olunacağını vəd edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10945

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31