"Coca-Cola"-nın nidası qoyuldu!
Nüfuzlu şirkət dörd hərflik
sözün güdazına getdi
Azərbaycanda Amerikanın məşhur firmasının
içkilərinin satışı qadağan edilir; Bakıdakı iri marketlərin
vitrinlərindən “Coca-Cola”, “Fanta”, “Sprite” yığışdırılır, onların
əvəzinə “Pepsi” məhsulları satılır; prosesin arxasında “NİDA”-nın olduğu
iddia edilir
Paytaxtda
fəaliyyət göstərən iri dükanlardan “Coca-Cola” firmasının içkiləri
yığışdırılır. Bu barədə musavat.com-a paytaxt sakinləri məlumat
veriblər. Bildirilir ki, “Coca-Cola”, “Fanta” və sair içkilər kütləvi
şəkildə satışdan çıxarılıb: “Bir neçə marketdə axtardım, tapmadım.
Alıcılar sadəcə bildirirlər ki, artıq dükanda bu məhsullar satılmır.
Ancaq səbəb göstərmirlər”.
“Grand”, “Neptun” kimi ticarət obyektlərində satışına qadağa qoyulduğu
deyilir.
vəziyyətlə maraqlanıb. Əməkdaşımız “Grand” marketlər şəbəkəsinə aid
mağazaların vitrinində “Coca-Cola”-nın bir dənə də içkisini tapa
bilməyib. Satıcılarla söhbətləşən əməkdaşımız bunun dəqiq səbəbini
öyrənə bilməyib. Satıcılar bildiriblər ki, həmin içkilərin satışdan
çıxarılması iki gün əvvəldən başlanıb. Həmin içkilərin yerinə isə
vitrinlərə “Pepsi” içkiləri düzülüb.
çıxarılmasa da, satıcı deyib ki, bu günə planlaşdırılır. Artıq həmin
vitrinə “Pepsi” içkisi düzüləcəyini deyən satıcının sözlərinə görə, bu
qərarın səbəbini bilmirlər. “Neptun” mağazalar şəbəkəsində də oxşar
vəziyyətdir.
imtina barədə çağırışlar səslənmişdi. İsrailin Fələstində törətdiyi
qətliamlara və bombardmanlara ən sərt etiraz edən ölkələrdən biri olan
Türkiyədə keçirilən çeşidli etiraz aksiyalarından biri də məhz İsrail
məhsullarının boykotu ilə bağlı idi. Nəticədə Türkiyədə bir çox
marketlər İsrailə məxsus malları, o cümlədən “Coca-Cola” firmasının
içkilərini satmaqdan imtina etmişdilər.
içkilərini açıq şəkildə boykot ediblər. Hətta boykot kampaniyası
bələdiyyələr səviyyəsinə qaldırılıb. Azərbaycanda isə indiyədək
“Coca-Cola”-nı açıq boykota rast gəlinməsə də, sosial şəbəkələrdə bu
məhsulları boykot çağırışı edilib.
şəbəkəsindən çıxarılmasının bu kampaniya ilə heç bir əlaqəsi yoxdur.
Redaksiyanı bilgiləndirən mənbə iddia edir ki, “Coca-Cola” ilə bağlı baş
verənlər siyasi sanksiyadır.
başlamasının 20 illiyi ilə bağlı PR kampaniyası başladıb. Həmin
kampaniyanın şərtlərinə görə, firma öz məhsullarının üstünə insan
adları, həmçinin müraciət formaları yazır. Bu kampaniya bir neçə aydır
ki, davam edir. Kampaniya müştərilərdə maraq və rəğbət oyatmaq üçün
aparılan xüsusi bir PR-dır. Amma bu “piar” “Coca-Cola” üçün xiyarı əyri
bitirdi. Belə ki, kampaniyanın ən şiddətli dönəmində üstündə “NİDA” sözü
yazılmış “Coca-Cola” içkisinin satışa çıxarıldığı haqda mətbuatda xəbər
yayıldı. İlk vaxtlar bunun bir zarafat olduğu deyilsə də sonradan
məsələ ciddiləşdi. “NİDA”lı “Coca-Cola” məhsullarının gerçək olduğu
bilindi. Bu sözhbətlər ortaya çıxan vaxtlar Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri
Fazil Talıblı “Yeni Müsavat”a açıqlama verdi. O, “Coca-Cola” qabları
üstündə adların yazılması ilə bağlı araşdırma apardıqlarını bildirmişdi.
F.Talıblı N!DA Vətəndaş Hərəkatının qablar üzərində yazılmasına da
münasibət bildirmişdi: “Bu haqda məlumatı mətbuatdan, sosial
şəbəkələrdən əldə etmişik.
araşdırmışıq. Qüvvədə olan qanunvericiliyin tələblərinin hansı səviyyədə
pozulması ilə bağlı da bəzi araşdırmalarımız olub”. F.Talıblı “Yeni
Müsavat”a onu da bildirmişdi ki, şirkət öz məhsullarının üzərində “NİDA”
sözünün yazılmasını təkzib edib.
quruluşları Amerikaya bağlı “Coca-Cola” firmasının Azərbaycanda rəngli
inqilabları təbliğ etdiyi haqda ortaya iddia atmışdı. Məlumata görə isə,
şirkət istehsal etdiyi məhsulun üzərinə “NİDA” yazmaq qərarını hərəkat
üzvləri tərəfindən edilən təklifdən sonra verib.
musavat.com-a açıqlamasında bildirdi ki, içkinin qabının üzərində “NİDA”
sözünün yazılması təşkilatın təklifi və qərarı deyildi: “Bilmirəm, bu
şirkətdə mexanizm necədir və hansısa sözü hansı şərtlərlə içkinin qabına
yazırlar. Ancaq bizim təşkilatda bununla bağlı hər hansı müzakirə və
qərar olmayıb. Bəlkə də bu, kiminsə şəxsi təşəbbüsü olub, amma mən
bundan xəbərsizəm”.
geniş müzakirələrə səbəb olandan sonra şirkət açıqlama verərək baş
verənləri təkzib edib. Mətbuata açıqlamasında şirkət bildirib ki,
“Coca-Cola” siyasətə heç vaxt qatılmayıb və onlarda bu adda məhsul
istehsal edilməyib.
neçə böyük marketlər şəbəkəsi “Coca-Cola” ilə əməkdaşlığa son qoyub və
şirkətə məxsus məhsulları satmaqdan imtina edib. Şirkət isə həmin
marketlər şəbəkələri ilə danışıqlara başlamaq məcburiyyətində qalıb.
Məlumata görə, danışıqlar üçün şirkətin mərkəzi ofisinin nümayəndəsi də
Azərbaycana gəlib.
vəziyyətdən çıxmağa çalışıb və bildirilib ki, bu cür xəbərlərin şirkətə
rəqib olan digər istehsalçılar tərəfindən həyata keçirildiyi ehtimal
edilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10946