Dünyanı heyrətə salanlar: təyyarə yeyən fransız, uçan yunanıstanlı və digərləri…

19.08.2014 - 09:13

Bir çox elm
adamları iddia edir ki, insan öz vücudunun yalnız 10 faizindən istifadə
edir. Bu həm insan bədəninə, həm də beyninə aiddir.

 

Amma elə insanlar var ki, beyinlərindən tam gücü ilə istifadə edə bilirlər.

 

 

Təyyarə yeyən adam

 

 

 

Məsələn,  Vul adlı britaniyalı həkim öz pasiyentinə poçtla məktub
göndərirdi. Məktubda cəmi bir söz olurdu: “yat”. Maraqlıdır ki, pasiyent
həmin məktubu oxuyan kimi yuxuya gedirdi.

 

 

Fransadan olan estrada artisti Mişel Lotitonun isə başqa “istedad”ı
vardı. Bu adam gördüyü nə varsa, yeyə bilirdi. Hələ uşaq vaxtı
evlərindəki televizoru yemişdi. Yeniyetmə yaşlarında isə kütlənin
qarşısında çıxış edərək metal, rezin, şüşə ilə qidalanaraq hamını
heyrətləndirirdi.

 

 

Mişel 2 il ərzində uçuş təyyarəsini tam yediyinə görə Ginessin Rekordlar Kitabına düşdü.

 

 

 

Aslanlarla qəfəsdə…

 

 

 

Bioloq K. Riçardson zooparkda aslanların qəfəsinə girərək orada rahat
gecələyirdi. Elmə məlum olmayan səbəblərdən aslanlar onu özlərininki
kimi qəbul edirək dəymirdilər.

 

 

Vyetnamlı Tay Nkok isə 1973-cü ildən bəri yatmır. Həmin il o,
sətəlcəm xəstəliyinə tutulmuşdu. Sonradan sağalsa da, yuxuya getmək
qabiliyyətini tam itirib. Ən qəribəsi isə odur ki, yuxusuzluq onun
orqanizminə zərər vurmur.

 

 

1968-ci ildə Meksikada keçirilən Olimpiya Oyunlarında Robert Bimon
uzağa tullanmaq üzrə dünya rekordu qırdı – 9 metr. Hələ indiyədək
olimpiadalarda bu rekordu qıran olmayıb.

 

 

Lakin antik dövrlərdən qalan əlyazmalarda deyilir ki, eramızdan əvvəl
500-cü ildə Qədim Yunanıstanda keçirilən olimpiadada Fail adlı atlet 17
metr uzağa tullanmışdı. Qədim dünyanın atletləri indikindən 2 dəfə
uzağa tullana bilirmişlər.

 


Burnu ilə görən qız..

 

 

Məşhur psixoloq və nevropatoloq Çezare Lambrozo elm aləmində ən
titullu alimlərdən sayılır. O , “Ölümdən sonra nə olacaq” əsərində
maraqlı bir hadisədən yazır.

 

 

Lomrozonun yanına bir dəfə 14 yaşlı qızı gətirirlər. Yeniyetmə
bədbəxt hadisə nəticəsində kor olmuşdu. Amma az keçmiş qızın görmə
qabiliyyəti bərpa olunmuşdu. İnanmayacaqsınız, amma qız gözləri ilə yox,
burnu və qulaqlarının sırğalıq yeri ilə görürdü.

 

 

Eksperiment üçün qızın gözləri qara sarğı ilə tam bağlanır. O yenə də
əlindəki kitabı oxuya bilirdi. Bu zaman Lombrozo onun qulaqlarına gur
işıq yaxınlaşdırdı. Qız gözlərini qırpıb yumdu. Həmçinin o, barmaqlarımı
qızın burnuna yaxınlaşdırdıqda diksinib geri çəkilirdi.

 

 

Qəribəliklər bununla bitmədi. Naşatır spirtini qızın burnuna
yaxınlaşdırdıqda o, heç bir reaksiya vermədi. Naşatır spirtini qızın
çənəsinə yaxınlaşdırdıqda dik atılıb, üz-gözünü əydi. Sən demə, qız
iyləri çənəsi ilə hiss edirmiş.

 

 

Bədbəxt hadisə nəticəsində qızın orqanları tamamilə yerlərini dəyişmişdilər.

 

 

Hindistan yoqaları da öz bədənlərini tam kontrolda saxlaya bilirlər.
Ən təəccüblüsü odur ki, onlar öz ürəklərinin döyüntüsünü azaldıb ölüm
halına düşə bilirlər. Bu zaman tənəffüs zəifləyir. Bir çox orqanlar öz
fəaliyyətini dayandırır. Yoqalar bu vəziyyətdə uzun zaman qala, sonra
ölüm vəziyyətindən çıxa bilirlər.

 

 

Görəsən, insan daha nələri etməyə qadirdir, orqanizmimizin kəşf edilməmiş hələ nə qədər xüsusiyyətləri var?(publika.az)

 

 

Dünyanı heyrətə salanlar: təyyarə yeyən fransız, uçan yunanıstanlı və digərləri...

Short URL: http://www.cumhuriyyet.net/?p=10947

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31