Milli Məclisdə boş qalan yerlər
Gülər Əhmədova, Əli Əhmədov, Mübariz Qurbanlını əvəz edən yoxdur

Gələn il Azərbaycanda parlament seçkisi keçiriləcək. Amma hazırkı
Milli Məclisdə boş qalan deputat yerlərinə hələ də seçkilər
keçirilməyib.
Müxtəlif səbəblərdən boşalan deputat yerlərinə görəsən, nədən seçki
keçirilmir? Vəzifə verilən Mübariz Qurbanlı, Əli Əhmədov, mandatından
imtina edən Gülər Əhmədovanın deputat yerləri nə vaxtadək boş qalacaq?
Müsavat başqanının müavini Gülağa Aslanlı deyir ki, əslində, bu
məsələ qanuna uyğun şəkildə çoxdan həllini tapmalıydı. Seçki Məcəlləsinə
görə, deputat yerləri ən azı iki ay boş qalırsa, Seçki Komissiyası
müvafiq qərar verməlidir. Qərara əsasən də seçki günü elan edilməli və
namizədlərin qeydə alınması, sənədlər verilməsi və digər prosedura əməl
olunmalıdır: “Bu işin yubanması onunla bağlıdır ki, MSK qanunlarla
deyil, hansısa əmrlərlə hərəkət edir. MSK müstəqil qərar verə bilmir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10950