Ailəyə yaxın şirkətə yaşıl işıq
Qubad Ibadoğlu: “Şirkətin yaradılmasında məqsəd qiymətli
kağızlar bazarına daxil olma, əməliyyatlar aparma və qazanc əldə
etməkdir”
Azərbaycanda aktivlərin idarə edilməsi üzrə üçüncü şirkət yaradılıb.
Yeni yaranan “Trust Asset Management” MMC şirkəti iyulun 22-də
qeydiyyata alınıb. Şirkət barədə “kommersiya hüquqi şəxslərin dövlət
reyestrində” rəsmi informasiya 13 avqustda gedib. Bu barədə məlumat
“contact.az” saytında yerləşdirilib.
Saytın yazdıqlarına görə, baza informasiyasına əsaslanıb ehtimal
etmək olar ki, yeni yaranan şirkət “Azersun Holding” MMC-yə yaxındır.
Ilkin kapitalı təmin etmək üçün şirkətin nizamnamə kapitalına 500 min
manat qoyulub. Şirkətin direktoru “Azersun Holding” MMC-nin baş
direktoru Əhməd Emadır. Müşahidə Şurasına holdinqin IH sədri Abdulbari
Gözəl, baş direktorun müavini Nazim Quliyev, Milli Depozit Mərkəzi və
Bakı Fond Bircasının keçmiş sədri Fariz Əzizov daxildir.ГїГї
Onu da qeyd edək ki, aktivlərionГїidarə edilməsi müştəriyə məxsus
olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və
ya pul vəsaitləri ilə müştərinin mənafeyi, onun göstərdiyi üçüncü şəxsin
mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması
üzrə peşəkar fəaliyyətdir. Bu fəaliyyət üçün lisenziya müddətsiz
verilir, dövlət rüsumu isə 5Гї500 manatdır. Ilk lisenziyanı 2013-cü ilin
avqustunda “Invest Az Asset Management” şirkəti (NK – 125 min manat)
alıb. Ardınca “AzFinance Asset Management” (NK – 150 min manat) gəlir,
bu il iyunun 30-da QKDK ona ikinci lisenziyanı verib.
Iqtisadçı Qubad Ibadoğlu bildirdi ki, yeni yaranan
şirkət həqiqətən də “Azersun Holding” MMC-nin təşəbbüsü ilə ərsəyə
gəlib. Amma bu şirkətin məqsədləri sırasında Neft Fondunun aktivlərinin
idarə olunması məsələsi dayanmır. Çünki Neft Fondunun aktivlərinin idarə
olunması üçün ən azı 5 il təcrübə tələb olunur. Eyni zamanda şirkətin
investisiya imkanı 1 milyarddan artıq olmalıdır: “Yeni yaranan
təşkilatın elə imkanları yoxdur ki, onun idarəçiliyinə neft pullarının
idarə olunmasını versinlər. Neft pullarını isə əvvəlcədən
müəyyənləşdirilmiş xarici menecerlər idarə edirlər. “Trust Asset
Management” təşkilatı “Azersun Holding” MMC-nin təşəbbüsüdür və ola
bilər ki, onlar qiymətli kağızlar bazarında işləmək istəyirlər.
Nizamnamə kapitalından da görünür ki, bu kapital sırf şirkətin
yaradılması üçün qoyulub”.
Q.Ibadoğlu hesab edir ki, şirkətin yaradılmasında məqsəd qiymətli
kağızlar bazarına daxil olma, əməliyyatlar aparma və qazanc əldə
etməkdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10959