Ermənistanda yeni parçalanma
Rəsmi İrəvan Rusiyanın qərarına qarşı getməyə başlayıb
Ermənistan hökuməti Avrasiya İqtisadi Birliyinə qoşulmaq barədə hələlik heç bir tarix müəyyən etməyib.
ANS-in məlumatına görə, bunu Ermənistan Prezident Aparatının rəhbəri
David Arutunyan jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Nazirlər Kabineti avqustun sonuna qədər Ermənistanın AİB-ə qoşulması
ilə bağlı təcili toplantı keçirməyi planlaşdırır – sualına cavabında
David Arutunyan bildirib ki, hökumət hələlik bu barədə qərar verməyib.
PA rəhbərinin sözlərinə görə, Rusiya Nazirlər Kabinetinin
Ermənistanın AİB-ə qoşulması ilə bağlı qəbul etdiyi qərarın Ermənistan
hökumətinin verəcəyi qərarla bağlılığı yoxdur. O, bildirib ki, rəsmi
İrəvan Birliyə qoşulma tarixini özü müəyyən edəcək.
Qeyd edək ki, avqustun 14-də Rusiya hökuməti Ermənistanın AİB-ə
qoşulması ilə bağlı razılığın imzalanmasını ölkə prezidentinə təklif
etmişdi. Rusiya Nazirlər Kabineti isə razılığı avqustun 7-də
təsdiqləmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=10963