İran TANAP-a qoşulur

19.08.2014 - 12:47

İran Avropaya təbii qaz ixrac etməyi planlaşdırır

İran İslam Respublikası hasil etdiyi təbii qazı Trans-Anadolu qaz
boru kəməri (TANAP) vasitəsilə Avropaya ixrac etməyi planlaşdırır.

Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud
Vaizi məlumat verib. O deyib ki, hazırda rəsmi Tehran Azərbaycan və
Türkiyə ərazisindən keçəcək TANAP kəməri vasitəsilə qaz ixracının
iqtisadi səmərəsini araşdırır.

M. Vaizi bildirib ki, avqustun 5-də İran-Azərbaycan müştərək iqtisadi
komissiyanın 9-cu iclasında iştirak etmək üçün Bakıya səfəri
çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Görüşdə Avropanın təbii qaza olan tələbatını qarşılamaq üçün
Azərbaycan ilə İranın əməkdaşlığının vacibliyi vurğulanıb. Bununla
yanaşı, Azərbaycanın yeraltı qaz anbarlarından birgə istifadə məsələsi
də müzakirə edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10964

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31