Qarabağ qaziləri etiraz aksiyası keçirdilər

19.08.2014 - 13:37

İcra Hakimiyyəti sağlamlığını Vətən uğrunda itirənlərə 2 sot torpağı da çox görür…

İcra Hakimiyyəti sağlamlığını Vətən uğrunda itirənlərə 2 sot torpağı da çox görür…

Avqustun 18-də Qarabağ qaziləri Suraxanı Rayon İcra
Hakimiyyətinin qarşısında aksiya keçiriblər. Aksiyaya səbəb onlara Bahar
qəsəbəsinin yanında verilən torpaqdan istifadə etmələrinə icazə
verilməməsidir.

Bu haqda “Yeni Müsavat”a məlumat verən Qarabağ qazisi Loğman Paşayev sonadək mübarizə aparacaqlarını dedi:

“Biz Suraxanı-Hövsan yolunun yanındakı Bahar qəsəbəsində torpaq
almışdıq. 3,8 hektar olan bu torpağın sənədlərini də hazırlamışdıq.
Qarabağ Əlilləri Cəmiyyətinin nizamnaməsinə görə, bu yeri istifadə edə
bilmədikdə həmin yeri cəmiyyətin üzvləri arasında bölmək olar.
Cəmiyyətimizin sədri də bu torpağı bərabər qaydada üzvlər arasında
bölüb.

Nədənsə Rayon İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin
arasında böyük bir mübahisə olub. Bunu bizdən gizlədirlər. Ona görə də
bizim məsələni bir-birlərinin üstünə atırlar. İkisi də deyir ki,
halallıq veririk, nə istəyirsinizsə tikin. Amma əslində icazə vermirlər.
Biz də Bakı Şəhər İcra Hakimiyyətinə, Prezident Aparatına müraciət edib
etirazımızı bildirmişdik. Bu etirazımızın üstündən 1 il yarım keçməsinə
baxmayaraq müsbət bir nəticə əldə edə bilməmişik. 186 nəfər Qarabağ
əlili qalıb torpaqsız”.

Loğman Paşayev icra başçısı İlqar Abbasovun aksiya nəticəsində onları
nəhayət ki, qəbul etdiyini, ancaq müsbət bir cavab vermədiyini
bildirdi:

“İcra başçısı bizi başından etmək üçün dedi ki, gedin Nazirlər
Kabinetindən yenidən sənəd alın. Halbuki bizim sənədimiz var. Sənədi
yenidən dəyişdirmək bizim üçün mümkün olan bir şey deyil. Sadəcə, olaraq
bizim sənədimizdə yazılıb ki, torpaq daimi istifadə edilməlidir.
Suraxanı rayonunda çoxlu sayda qeyri-qanuni tikililər var. Onlar rüşvət
veriblər deyə, İcra Hakimiyyəti səsini çıxartmır.

Biz Qarabağ əlillərinə “rüşvət verin” deyə bilmədikləri üçün beləcə
get-gələ salırlar. Mən əlil arabasındayam. Bu vətən üçün sağlamlığımı
qoymuşam. Ancaq vətənin torpağından mənə 1 qarış vermirlər. Haqqım
olduğu halda iki sot torpaqda mənə nəsə tikməyə icazə vermirlərsə, bu
necə ədalətdi?! Biz haqqımızı alanadək mübarizəmizi davam etdirəcəyik”.Qarabağ qaziləri etiraz aksiyası keçirdilərQarabağ qaziləri etiraz aksiyası keçirdilər

Short URL: http://www.cumhuriyyet.net/?p=10966

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31