Həbslər nəyə gətirəcək?
fəallıq da bu dövrdə hələlik çox zəifdir. Bu günlərin ovqatından baxanda
nikbinlik üçün heç bir əsas görünmür və durumun bundan da ağır ola
biləcəyi istisna edilmir. Amma hər kəs bir məqamı bilməlidir: ən ağır
günün sabahı seçki keçirilsə, bu iqtidar nə parlament, nə də prezident
seçkilərini uda bilməyəcək. Bu iddia dəfələrlə sübut olunub; demokratiya
savaşı bizim ölkədə bəlkə bundan da ağır dövrləri adlayıb, amma nəticə
dəyişməyib.
O nəticə ki, Azərbaycan hakimiyyəti xalqın səsini qazana bilmir,
deməli, xalqın nifrətindən də qurtula bilmir. Xalqın nifrətindən qurtula
bilmirsə, deməli, həbslər bu hakimiyyətin problemini həll etmir. Bəli,
biz də bu hakimiyyətdən qurtula bilmirik sonuc olaraq, amma bu
hakimiyyət də onu izləyən ifşa və süqut qorxusundan qurtula bilmir. Son
nəticədə elə həmin süqut olacaq.
Mən indi tarixdən misallar çəkib bu cür rejimlərin necə ağır sonluqla
bitəcəyi barədə fikirlər söyləməkdən uzağam. Bu hakimiyyətin gerçək
halına diqqət ayırmaq lazımdır. Bir düşünün, NIDA-çılar niyə həbsdədir?
Çünki gənclərin elə də böyük olmayan bu təşkilatı hakimiyyəti gerçəkdən
təşvişə salıb. Onlar NIDA-ya uduzacaqlarını bilirlər.
Təbii ki, son aylarda həbslər, basqılar, repressiyalar dalğası elə
yüksək həddə çatıb ki, illərdir bu cür olayları görüb gələnlərdə də
suallar yaranır. Nə ilə nəticələnəcək həbslər? Cəmiyyəti tamamilə
susdurmaq mümkün olacaqmı? Hakimiyyət öz məqsədinə çataraq,
tənqidçilərindən və müxaliflərindən qurtula biləcəkmi?
Gəlin başqa misala diqqət ayıracaq. Anar Məmmədli, Bəşir Süleymanlı,
Leyla Yunus, Rəsul Cəfərov, Intiqam Əliyev niyə həbs olundu? Digər
müstəqil QHT rəhbərlərinə niyə basqı var? Orası düzdür ki, bu adamların
apardığı iş hakimiyyəti böyük ifşa ilə üz-üzə qoyur. Hakimiyyət özünün
ağlasığmaz maddi və inzibati resursları ilə bu adamlara uduzur. Seçki
müşahidəsində, insan haqlarının durumun bəyan edilməsində, Avropa Insan
Haqları Məhkəməsində və s. Bunların məntiqinə görə beynəlxalq aləmdən
olan tənqidlər və hesabatlarda bu adamların rolu böyükdür. Doğrudan da,
böyükdür.
Bəs onların həbsi tənqid və hesabatları dayandırırmı? Əksinə,
artırır. Çoxları hazırda deyir ki, Qərb heç nə etmir, Qərbin vecinə
deyil, amma Qərbdən gələn tənqidlərə dözümsüz olan hakimiyyət o
tənqidləri susdurmaq istəyərkən, onları artırmış oldu. Bu həbslər
Qərbdən olan tənqidləri də kəskin artıracaq. O adamların həbsi elə həmin
adamların gördüyü işi əvəzləyəcək, daha da sərt hesabatlar, daha da
sərt tənqidlər olacaq.
Məgər seçki müşahidəsi olmayanda seçki demokratik sayılacaq? Xeyr,
seçkinin müşahidəsizliyi elə onun saxta olması üçün əsas kimi
götürüləcək. Hüquq müdafiəçilərinin həbsi də dəyişməyəcək heç nəyi.
Deməli, arxasında hansı planın durmasından asılı olmayaraq, bu cür
həbslər həm də narahatlıqdan və çaşqınlıqdandır. Hakimiyyətin açıq
şəkildə zora üstünlük verməsi yaxşı gündən deyil.
Yuxarıdakı misallar da göstərir ki, hakimiyyət eyni problemlərlə
qalacaq. Həbslər onun üçün heç nəyi həll etməyəcək. Üstəlik, Əliyevlər
rejiminin problemi təkcə tənqidçi ictimai fəalların, medianın, QHT və
müxalif siyasi qüvvələrin olması deyil ki? Ölkənin bir yox, min dərdi
var.
Həbslər heç bir dərdi, heç bir problemi unutdurası deyil. Həbslər
davam edəndə o dərdlərin verdiyi iniltilər yenə də eşidilirdi. Özünü
yandıranı da gördü hamı, ağzını tikəni də, körpüyə çıxanı da…
Short URL: http://www.cumhuriyyet.net/?p=10967