Sumqayıtda oğurlanmış körpənin anası ilə bağlı ilginc xəbər

19.08.2014 - 13:53

Bir neçə gün əvvəl Sumqayıtda oğurlanan 2 aylıq körpə ilə bağlı bir neçə qaranlıq məqamlar üzə çıxıb.

Vesti.az-ın məlumatına görə, avqustun
13-də Aylin Rasim qızı Əhmədlinin oğurlanması ilənəticələnən olayla
bağlı maraqlı detallar məlum olub. Sumqayıt Şəhər Polis İdarəsindən
bildirlib ki, həmin günü səhər 3 uşaq anası olan Aysel Əhmədovanın evinə
özünü humanitar fondun əməkdaşı kimi təqdim edən orta yaşlı qadın
gəlib. Yad qadın özü ilə ərzaq, uşaq bezi və digər məişət əşyaları da
gətirib. Bununla da, o, A.Əhmədovanın etibarını qısa zamanda qazanıb.
“Xeyirxah” qadın həmin evdə 6 saat qalıb söhbət edib. Bu zaman
A.Əhmədovanın böyük uşaqları gəzməyə getmək istədiklərini deyiblər və
qonaq onlara birlikdə gəzməyə getməyi təklif edib.

Onlar birlikdə Sumqayıtdakı bulvara
gediblər. Orda uşaqlar analarından karuselə minməyi xahiş edib. Hansı
ki, uşaqların böyüklərsiz minməyi təhlükəlidir. Bu zaman qadın
A.Əhmədovaya onlar yellənənə qədər balaca Aylinə baxa biləcəyini deyib.
Əhmədova razılaşıb və böyük uşaqlarını karuselə mindirib. Ana uşaqları
ilə yellənən vaxt “humanitar fondun əməkdaşı” körpəni də götürüb aradan
çıxıb. Qeyd edək ki, hələ may ayında Aysel Əhmədova üçüncü uşağını
dünyaya gətirməzdən əvvəl ANS televiziyasında “Adam içində” verilişinə
çıxıb.

Verilişə çıxan vaxtı hicablı olan A.
Əhmədova körpəsini dünyaya gətirəcəyi xəstəxanadan pul tələb olunduğunu
və onun da ödəmək iqtidarında olmadığı üçün efirdən kömək istəyib.
Bundan sonra hamilə qadına tamaşaçılar tərəfindən birdəfəlik maddi
yardım edilib.

Sumqayıt əməliyyatçıları daha bir
maraqlı məqamı üzə çıxarıblar. Uşağı oğurlayan qadın və ana mağazanın
önündə quraşdırılmış müşahidə kamerasına yaxalanıblar. Kameraya düşən
qadının üzü görünsə də, şəxsiyyətini təyin etmək hələlik mümkün olmayıb.
Kadrlarda A. Əhmədova hicabsızdır. Yaranmış vəziyyətdə polisdə ananın
səmimiyyəti ilə bağlı şübhələr yaradıb. Ona görə də, hazırda yoxlamalar
uşağı oğurlanmış ananın ətrafında aparılır.

Ehtimal edilir ki, körpəni oğurlayan
qadın A. Əhmədovanı may ayında efirə çıxan vaxtda tanıyıb. Bu səbəbdən
də evə gələndə özünü humanitar fondun işçisi kimi təqdim edib.

A. Əhmədova hələ üçüncü uşağı dünyaya gəlmədən ərindən boşanıb. Üç övladını tək böyüdürmüş.

Fakta görə axtarışlar davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10970

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31