Rəsul Cəfərova müxtəlif ölkələrdən hədiyyələr gəlir

19.08.2014 - 17:10

Həbsdə olan hüquq müdafiəçisi Rəsul
Cəfərova ad günü ilə bağlı müxtəlif ölkələrdən kitab, gül, açıqca və
suvenir hədiyyələri göndərilib.

Bu barədə AzadlıqRadiosuna Rəsul Cəfərovun qardaşı Sənan Cəfərov məlumat verib.

“Bugün (19 avqust) getdim
təcridxanadan ona Hollandiyadan göndərilən dibçək gülünü götürdüm. Onu
göndərənlər elə hesab ediblər ki, Rəsul dibçəkdə olan həmin gülləri öz
otağında saxlayacaq. Bundan başqa Polşadan, Böyük Britaniyadan ona çoxlu
kitablar göndəriblər. Çexiyadan da Praqa mənzərəsi olan suvenir gəlib.
Belarusdan bir, Azərbaycandan iki nəfər açıqca göndərilib. Bir çox
ölkələrdən də bizə zəng edib hədiyyələr göndərdiklərini deyiblər. Yəqin
ki, həmin hədiyyələr hələ yoldadır”.

Sənan Rəsulovun dediyinə görə, qardaşı həbs ediləndən sonra bir neçə dəfə təcridxanaya getsələr də onlara görüş verilməyib.

“Bizə deyildi ki, görüş üçün işi
aparan müstəntiqin adına və bir də Kürdəxanı təcridxanasının rəisinin
adına məktub yazmalıyıq. Anam ailəmiz adından belə bir məktubu yazıb,
indi gözləyirik. Mən Rəsulu sonuncu dəfə avqustun 2-də həbs olunub
Nəsimi məhkəməsinə aparılanda maşında görmüşəm”.

Rəsul Cəfərov avqustun 2-də
saxlanılıb. Ona vergidən yayınma, sələhiyyət həddini aşma və qanunsuz
sahibkarlıq ittihamı irəli sürülüb və elə həmin gün Nəsimi rayon
məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=10972

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31