Roma Papası ölümündən danışdı
Fransis: “Bilirəm ki, ömrümün bitməsinə az qalıb”
Roma Papası Fransisk öz ölümü haqqında fikirlərini ilk dəfə ictimai şəkildə səsləndirib. din xadimi Cənubi Koreyadan Vatikana uçarkən təyyarədə jurnalistlərə ömrünün bitməsinə az qaldığını açıqlayıb.
“Mən bilirəm ki, ömrümün bitməsinə az müddət qalıb. İki və ya üç ildən sonra Allahın evində olacam.” – deyə o, bildirib.
77 yaşlı Roma Papası Fransisk
həyatının ilk illərini xatırlayıb: “Mən öz günahlarım, səhvlərim
haqqında ətraflı düşünürəm. Təkəbbürdən qaçmağa çalışıram. Ömrümün
sonuna az qaldığı üçün belə edirəm.”
Vatikandan olan mənbələr Papanın
əvvəlləlr də öz ölümündən danışdığını təsdiqləyib. Bu söhbətlər yaxın
çərçivədə olub. Lakin ilk dəfə bu fikirlərini jurnalistlərlə bölüşüb. Fransisk
söhbətində vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdə taxt-tacından
getməsinin mümkünlüyünü də vurğulayıb. XVI Benedik də keçən il eyni
addımı atmışdı.
“60 il əvvəl katolik kilsəsinin
yepiskopunun vəzifədən getməsi praktiki olaraq mümkün deyildi. Lakin
indi XVI Benedik bu qapını açdı” – deyə, Papa əlavə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10979