MKİ İŞİD rəhbərini yaxalamaq üçün hərəkətə keçib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ)
İŞİD terrorçu qruplaşmasının “Xəyalət” ləqəbli Əbubəkr əl-Bağdadi adlı
rəhbərini yaxalamaq üçün 100 nəfərlik heyət yaradıb. Türkiyə saytları bu
xəbəri Böyük Britaniyanın “Mirror” qəzetinə istinadən yayıblar.
Xəbərə görə, bu, 2011-ci ildə
“əl-Qaidə” lideri Üsəma bin-Ladenin öldürüldüyü basqından bu yana ən
böyük “insan ovu” heyətidir. Kəşfiyyat qrupu “casus” pilotsuz
təyyarələrin məlumatları, video-görüntülər, İraq və Suriyadakı mobil
telefon zəngləri əsasında hərəkət edir.
Qəzetə açıqlama verən mənbə qeyd edib
ki, Ə.Bağdadinin adamları küncə sıxışdırılıb, bununla bağlı mobil
telefonlardan istifadə etməyə məcbur olacaqlar ki, bu da onların ən zəif
nöqtəsidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10980