Moskva nüfuzunu itirir
Rusiyanın paytaxtı dünyanın ən nüfuzlu şəhərləri siyahısına düşməyib
Rusiyanın paytaxtı əsrlərdir qoruyub-saxladığı nüfuzunu itirir. Məşhur
Forbes dərgisi dünyanın ən nüfuzlu şəhərlərinin siyahısını tərtib edib.
Bu reytinq cədvəlində Moskva şəhərinin adı yer almayıb.
Reytinq cədvəlinə Böyük Britaniyanın
paytaxtı London başçılıq edir, ikinci və üçüncü yerlərdə Amerika şəhəri
Nyu-York və Fransanın paytaxtı Parisdir. Reytinqin dördüncü
pilləsini Sinqapur tutub, beşinci yer isə Yaponiyanın paytaxtı Tokioya
nəsib olub. Sonuncu yerdə Kanadanın Toronto şəhəri qərarlaşıb.
Reytinq tərtib edilərkən şəhərlərin
bütün keyfiyyətləri, iqtisadi vəziyyəti, eləcə də xarici investorların
cəlb edilmə statistikası da nəzərə alınıb. (ans)
Short URL: http://www.cumhuriyyet.net/?p=10981