Müdafiə Nazirliyindən qəzəbli açıqlama
kütləvi informasiya vasitələrində (KİV) NATO-ya məxsus təyyarələrin
Ukraynadakı separatçıları bombalaması məqsədilə Azərbaycan ərazisindən
istifadə etməsinə dair yayılan xəbərlərə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda
bildirilir ki, bəzi KİV-də NATO-ya məxsus təyyarələrin Ukraynadakı
separatçıları bombalamaq məqsədilə yanacaq doldurulması üçün müxtəlif
dövlətlərlə yanaşı, guya Azərbaycan ərazisindəki aerodromlardan istifadə
edilməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların
əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır.
Qeyd edək ki, ötən gün bəzi saytlar ABŞ, Moldova və Rusiya KİV-inə
istinadən Şərqi Ukraynada mülki obyektlərə hücum edən
qırıcı-bombardmançı təyyarələrin Azərbaycan, Rumıniya və Moldovadakı
aviabazalara qədər uçuşlarının qeydə alındığını, həmin təyyarələrin
Azərbaycan aerodromlarında yanacaqla təchiz olunduğunu yazıb.
Xatıraladaq ki, iki gün əvvəl bəzi saytlarda NATO-nun bombardmançı
təyyarələrinin Azərbaycanda yanacaq doldurur və Ukraynadakı
separatçıları bombaladığına dair məlumat yayılmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=10984