"Bizi Rusiya və Türkiyədə də çoxları həzm edə bilmir"

20.08.2014 - 10:41

Elçin Şıxlı: “Mirqədirovun təhlillərində yazdıqlarını indi bunlar özləri edirlər”

Bir neçə aydır fəaliyyəti dayanan “Ayna-Zerkalo” qəzetlərinin 24 yaşı
tamam oldu. Qəzetin baş redaktoru Elçin Şıxlı “modern.az”a
müsahibəsində deyib ki, rəhbəri olduğu qəzetlərin nəşri bərpa
olunmayacaq: “Mən belə başa düşürəm ki, qəzet bərpa olunmayacaq. Plan
qəzeti bərpa etməkdi, amma bu gedişlə heç də bərpa olunmayacaq”.

Elçin Şıxlı onu da qeyd edib ki, yazdıqlarını təkcə Azərbaycanda
deyil, ölkədən kənarda da bir çoxları həzm edə bilmir: “Həm “Ayna”nın,
həm “Zerkalo”nun saytı var. Söhbət qəzeti kağız və yaxud elektron
formatda buraxmaqdan getmir. Söhbət onun məzmunundan gedir.
Yazdıqlarımızı tək Azərbaycanda yox, Rusiyada da, Türkiyədə də bir çox
adamlar sindirə bilmir. Əsas da təbii ki, Azərbaycanda. Ona görə də
düşünürəm ki, kağız versiyası olmayan yerdə heç elektron versiyasına da
ehtiyac yoxdur”.

Elçin Şıxlı “yazdıqlarımızı tək Azərbaycanda yox, Rusiyada da,
Türkiyədə də bir çox adamlar sindirə bilmir” deyəndə nəzərdə tutur?

 

Baş redaktor “Azadlıq”a açıqlamasında bildirdi ki, Rauf Mirqədirovun
həbsi dediklərinin təsdiqidir: “Rauf Mirqədirov Rusiyanın Azərbaycana
qarşı siyasətini dəlillərlə təhlil edərək, tənqid edirdi. Rusiyanın
imperiya ambisiyalarını həmişə pisləyirdi. Mirqədirov dəfərlə yazıb ki,
Azərbaycan özünün suverenliyini və təhlükəsizliyini qorumaq üçün
Gürcüstan və Türkiyə ilə hərbi saziş bağlamalıdı. Rauf Mirqədirovu
“erməni casusu” elan ediblər. Ancaq görürük ki, Azərbaycan, Gürcüstan və
Türkiyə müdafiə nazirləri Naxçıvanda 2 gündür ki, həmin məsələ
ətrafında müzakirələr aparırlar. Yəni, bütün enerji kəmərlərinin
qorunması bu üç dövləti narahat edirdi. Mirqədirov bundan yazırdı. Bu
isə birbaşa Rusiyanın maraqlarına ziddi. Rauf bəy Ərdoğanın siyasətini
dəlillərlə bir çox hallarda tənqid edirdi. Azərbaycanın daxilində olan
bəzi şəxslər də Rusiya siyasətinə qulluq edən qüvvələrdi. Bütün bunların
nəticəsidir ki, Mirqədirovun dediklərini indi özləri edirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10987

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31