ADP çi aktivist döyüldü
Bildiyimiz kimi Azərbaycan hökümətinin beynəlxalq çağrışlara əməl etməməsi və müxalifət partiyalarının iradlarına baxmayaraq Azərbaycan höküməti siyasi məhbusları azad etməməkdə israrlıdir.
Müxalifətin kifayət qədər israrından sonra axır ki bu gün müxalif gənclərin Azərbaycan respublikasının ali məhkəməsinin qarşısındakı siyasi məhbuslara dəstək və dərhal azad olunsun tələbi ilə keçrilən piket baş tutdu.
Gınclərin keçirdiyi siyasi məhbuslara dəstək aksiyasinda Azərbaycan demokrat partiyasinin Yasamal rayonu gənclər təşkilatının sədiri Elnur Nəcəfli piketdən sonra hücüma məruz qalmışdır.
Qazetimizə verilən məlumata görə mitinq başa çatdiqdan sonra ,evinə gedərkən Elnur bəyə yolda “ Xətai metro stansiyası” yaxinlığında 3 nəfər qolu zorlu şəxslərin hücumuna məruz qalmışdır.Hadisənin şahidi yaxınliıqdakı dükanda işləyən ancaq adının çəkilməsini istəməyən şəxsin bildirdiynə görə Elnur Nəcəflini döyən şəxslər onu döyərkən təhdid etməyidə unutmayıblar.
Belə ki,qolu zorlu şəxslər Elnuru döyərkən”birdə insanları mitinqə çağirsan səni öldürərik”deyərək hədələyirmişlər.
Pss.Xatırladaq ki Elnur bəy siyasi fəaliyəti mətbuatda gedən yazılarına və feysbukda paylaşdığı yazılara görə dəfələrlə həbs və təhdid edilmışdi və bu gün keçirilən “siyasi həbslərə son” və “dərhal azad et” mitinqinin təşkilatçısi olmuşdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=110085