Azərbaycanın analoqu olmayan investisiyalar

09.10.2016 - 21:38

Azərbaycanın analoqu olmayan iqtisadi inkşaf dövründə dövlət büdcəsindən oğurlanan və rüşvətlə yığılan pulların miqdarı milyardlarla dollarla ölçülür.
Ilham Əliyev və onun yaxın ətrafı bu pulları mənimsəməkdə böyük problemlər yaşamadılar.Çünki bu prossesin gedişine qarşı çıxmağa heç kəsə imkan verilmirdi.Qurulmuş diktatura rejmi hakimiyyətə qarşı olan hər bir kritik çıxışın qarşısını xüsusi amansızlıq və qəddarlıqla alır.Hakimiyyətin birinci böyük problemi bu milyardlarla məbləğin xarici banklara və ya inkişaf etmiş dövlətlərin iqtisadiyyatına təhlükəsiz yerləşdirmək idi.Belə bir problemin həlli üçün hakim dairələr xüsusi planla işə başladılar.Oğurluq pulları hər hansı bir dövlətin banklarına yaxud iqtisadiyyatina investisiya şəkilində yerləşdirməkdən əvvəl yerli siyasi elitadan ve böyük biznes adamlarından təhlükəsizlik təminatı alınmalı idi.Oliqarx məmurların bu işlə məşgul olmağa vaxtları olmadığı üçün bu işlər xarici işlər nazirliyinin və onun səlahiyyətli səfirlərinə tapşırıldı.Səfirlərin çalışdıqları dövlətdə sitası və iş adamları ilə təmasa girərək dostluq və yoldaşlıq münasibətləri qurmalı idilər.Bir çox səfirlər bu işin öhdesindəb böyük bacarıqla gəldilər.Bunlardan Italiya,Çexiya,Macarıstan,Montoneqri və s.dövlətlərində çalışan səfirləri göstərmək olar.Xüsusile italiya səfirliyinin işini qeyd etmək olar.Bu səfirlik Məmməd Əhmədzadə cenablarının fəaliyyətinin nəticəsində nəyin ki Azərbaycandan gələn oğurluq qara pulların Italiya banklarına və iqtisadiyyatına yerləshdirilməsinə nail oldu hətta çox irəli gedə bildi.Səfirliyin bacarığlı işi sayəsində Azərbaycanda insan hüquqlarının tapdalanmasının söz azadlığının boğulmasının və demokratiyanın olmaması hallarına qarşı Avropa Assanbleya şurasının Azərbaycana qarşı sərt qərarların çıxarılmasına əngəllər yaradıla bildi.Bir başa italiya səfirliyinin apardığı iş nəticəsində assambleya şürasının italiyadan Almaniyadan ve Sloveniyadan olan bəzi deputatlarına ümumi məbləği 2.9 milyarda yaxın rüşvət verilmişdir.Bu adamlar hər zaman Ilham Əliyev hakimiyyətinin yanında dururlar və daim hakimiyyətə qarşı olan siyasi təzyiqləri azaltmağa çalışırlar.Beləliklə iqtidar Avropa Birliyi tərəfindən Azərbaycan siyasi hakimiyyətinə qarşı verilə biləcək sərt qərarların qarşısını almağa nail olur.Bu fəaliyyətin müqabilində cənab M.Əhmədzadə özünə böyük siyasi dividentlər qazanmış oldu.Bele çirkli maksinasiyalarla məşğul olan səfirliklərin Azərbacan xalqına və dövlətinə ancaq mənfi imic yaratması şübhəsizdir.Bu kimi hallara misal olaraq Çexiya respublikasındakı səfirliyin fəaliyyətini də qeyd etmək olar.Çexiyada Ziya Məmmədovun Cavid Qurbanovla müştərək olaraq bank açmaqları da səfirliyin yaxın köməkliyi nəticəsində baş tutmuşdur.Bu gün iki məmur arasında olan gərginlik bu bankın gələcək talehinə nə dərəcədə təsir edəcəyi hələ də məlum deyil.Fakt isə ondan ibarətdir ki büdcədən oğurlanan çirkli pullar Azərbaycandan çıxarılıb başqa bir dövlətin iqtisadiyyatına investisiya kimi yatırılır.Halbuki belə investisiyalara Azərbaycan iqtisadiyyatının böyük ehtiyacı vardır.Əfsuslar olsun ki hakimiyyətin başı belə maxinasiyalara qarışıb.Elə bu faktlar göstərir ki, hakimiyyət xalqın və dövlətin gələcəyini maraqlarıbı yox,öz maraqları və maddi durumu haqqında düşünür.Xalqın bugünki acınacaqlı halını zəpt olunmuş torpaqları geri qaytarmaq üçün bu qədər səy göstərilmir.Belə olan halda bu hakimiyyəti necə xalq hakimiyyəti adlandırmaq olar.
Rövşən Hüseyinli

Short URL: http://www.cumhuriyyet.net/?p=110179

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31