General Rövşən Əkbərov həbs oluna bilər

22.08.2014 - 12:51

Avropa məhkəməsi Azərbaycana qarşı daha 3 cərimə qərarı verib

Avropa Insan Haqları Məhkəməsi Azərbaycana qarşı 3 məhkəmə iddiasını təmin edib.

1. Müşfiq Cənnətov Azərbaycana qarşı. Müşfiq Cənnətov 2004-cü ildə
“Ölüm Karvanı” işi üzrə həbs edilib. M.Cənnətov polis işçisi olub. Həbs
edildiyi zaman işgəncələr verilib və cinayət işini boynuna almağa məcbur
olub. Avropa Məhkəməsi Müşfiq Cənnətovun adı çəkilən cinayət işi ilə
əlaqəsi olmadığını və istintaqın işgəncə ilə cinayəti onun boynuna
qoyduğunu təsdiq edib. Avropa Konvensiyası 3-cü və 6-cı maddələrinə
əsasən məhkəmə Müşfiq Cənnətovun işinə yenidən baxılması və ona
Azərbaycan hökumətinin 12 min avro təzminat ödəməsi barədə qərar
çıxarıb.

2. Əliyevlərin işi. Bu iş üzrə Ukraynada 2001-ci ildə qətlə
yetirilmiş azərbaycanlı iş adamı Əliyevin ailəsi tərəfindən Avropa Insan
Haqları Məhkəməsinə müraciət edilib. Bu iş üzrə Azərbaycanlı general
Rövşən Əkbərovun adı keçirdi. Ukraynada hüquq mühafizə orqanları bu ölüm
işində Azərbaycanlı general Rövşən Əkbərovun iştirakını təsdiq etdikdən
sonra cinayət işini Azərbaycan prokurorluğuna göndərib (2004).
Azərbaycan tərəfi isə bu cinayət işinin istintaqını, sadəcə olaraq,
aparmayıb və cinayət işinə xitam verib. Əliyevlər ailəsi AIHM-nə
şikayətlərində maddi təzminat tələbi irəli sürməyib.

3. Çeçenistandan olan qaçqın Ferşiyev Azərbaycana qarşı. Rusiyada
Ferşiyevin haqqında cinayət işi qaldırılıb. Azərbaycanda onu həbs
ediblər və istintaq zamanı işgəncələr veriblər. Avropa Insan Haqları
Məhkəməsi Azərbaycan hökumətinin Ferşiyevə 55 min avro təzminat ödəməli
olduğu barədə qərar çıxarıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=11093

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930